Azərpoçt
Analitika və biznesin təhlili üzrə mütəxəssis
Son tarix 12 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxili məlumatları təhlil etmək və müəssisənin gəlirlərini artırmaq və xərclərini azaltmaq məqsədi ilə dövri bazar araşdırmaları aparmaq;
- Məhsul portfelinin optimallaşdırılması ilə bağlı məlumatları araşdırmaq və periodik tövsiyələrini paylaşmaq;
- Poçt sənayesindəki beynəlxalq tendensiyaları və müəssisənin kommersiya strategiyasına təsirini izləmək;
- Müəssisənin fəaliyyətinin monitorinqi: xidmətlər, məhsullar üzrə faktiki KPI-ların izlənməsi və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı vaxtaşırı tövsiyələr vermək;
- Müəssisə daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların daimi üzləşdirilməsi;
- Müəssisənin göstəriciləri haqqında aylıq hesabatlar hazırlamaq;
- Yeni, dəyişdirilmiş servis və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması;
- Menecment tələblərinə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatın yığılması, analizi və vizualizasiyası daimi optimallaşdırılması;
- Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi.
Vəzifə üzrə tələblər:
- İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə Ali təhsil;
- Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
- Data analitika üzrə ən azı 1-2 il iş təcrübəsi;
- Azərbaycan, Ingilis yüksək səviyyədə bilməsi (rus dili arzu olunandır)
- MS Excel yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın yüksək səviyyədə bilməsi (SQL, Python, R);
- Vizuallaşdırma alətlərindən ən az biri ilə istifadə təcrübəsi (PowerBI , Tableau, QlikView, Looker Studio);
- Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Analitika və biznesin təhlili üzrə mütəxəssis” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.