Azərpambıq ASK” MMC Biləsuvar Pambıq İstehsalı və Emalı zavodu filialına Kargüzar vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər
• Təhsil dərəcəsi: Bakalavriat
• Kompüter bilikləri:MC Office
• Dil bilikləri:Azərbaycan dili -əla
• Təcrübə:Müvafiq sahədə minimum 6 ay- 1 il
• Yaş həddi:21-40
• Əmək haqqı: 250
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri qəbul edir, qeydiyyatdan keçirir və struktur bölmələrinə göndərir.
Müəssisə, idarə və təşkilatların rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir.
- Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparır, onların yerinə yetirilməsinə nəzarət edir, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışlar verir.
- İcra olunmuş sənədləri ünvanlarına yola salır. Alınmış və yola salınmış müraciətlərin uçotunu aparır, cari arxivin sənədlərini sistemləşdirir və mühafizə edir.
- Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb müəssisə, idarə və təşkilatların arxivinə təhvil verir.
- Xidməti sənədlərin mühafizəsini təmin edir.
Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Kargüzar (Biləsuvar PİEZ)” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız Biləsuvar üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.
“Azərpambıq ASK” MMC Ağdam Pambıq İstehsalı və Tədarükü məntəqəsi filialına Əmtəəşünas vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər
• Təhsil dərəcəsi: Müvafiq sahədə ali təhsil
• Kompüter bilikləri:MC Office
• Dil bilikləri: Azərbaycan dili -əla
• Təcrübə: Müvafiq sahədə minimum 5 il
• Yaş həddi: 30-50
• Əmək haqqı: 500
Vəzifə öhdəlikləri:
- Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir.
- Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir.
- Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.
- Xam pambığın avtomobil tərəzisində fermerin iştirakı ilə çəkilib müəyyən edilərək sənədləşməsini yerinə yetirir. Çəkilmiş xam pambıq uyğun olduğu tayaya yığılmaq üçün məntəqənin ərazisinə göndərilir və boşaldılarkən xam-pambığın keyfiyyətində müxtəliflik müəyyən edilərsə yenidən nümunələr götürülüb analiz aparılır. Boşaldılmadan sonra taya çəkisi müəyyən edilərək gətirilmiş xam pambığın fiziki çəkisi müəyyən edilir. Bundan sonra növ, zibillik və nəmliyə görə təhvil verilmiş xam pambığın kondisiya çəkisi müəyyən edilib sənədləşdirilir.
Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Əmtəəşünas (Ağdam PİTM)” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız Biləsuvar üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.
“Azərpambıq ASK” MMC Beyləqan Pambıq İstehsalı və Emalı zavodu filialına Aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər
• Təhsil dərəcəsi: Bakalavriat (Aqronom ixtisası üzrə)
• Kompüter bilikləri: MC Office
• Dil bilikləri:Azərbaycan dili -əla
• Təcrübə:Müvafiq sahədə 3 il
• Yaş həddi: 30-55
• Əmək haqqı: 400
Vəzifə öhdəlikləri:
- Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalını təmin edir.
- Pambığın məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsini təşkil edir.
- Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni təmin edir. Pambıqçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edir. Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir. Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır, çıxdaş edir və yenidən gördürür. Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsinə nəzarət edir, əkin sahələrində aprobasiyanın keçirilməsinə nəzarət etməklə, həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparır. Təsərrüfatdaxili ixtisaslaşmanı təmin edir. Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir.
- Bazar tələbatına uyğun yeni çeşidli pambıqçılıq məhsullarının istehsalı barədə təkliflər verir.
- Ayrı-ayrı bitki sahələri üzrə təhlil aparır və cari il üçün proqramlar hazırlayır. Qabaqcıl təcrübənin, elmin son nailiyyətinin istehsalatda tətbiqinə nail olur.
- Baş aqronom olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir.
Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Aqronom (Beyləqan PİEZ)” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız Beyləqan üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.