Azermash
Aparıcı mühasib
Son tarix 11 yan 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorların nəzarətdə saxlanılması, məlumatların üzləşdirilməsi, sənəd dövriyyəsinin idarəedilməsi;
- Anbara daxil olan və anbardan çıxan mal-materiallara nəzarət;
- İdxal edilən ehtiyyat hissələrinin kalkulyasiya edilməsi və maya dəyərinin çıxarılması;
- Şirkətdə göstərilən xidmətlər və satılmış mallara görə qaimələrin 1 C və E taxes proqramlarına işlənməsi ;
- Servisə aid xidmət müqavilələrinin hazırlanması və qiymət təkliflərinin müştərilərə yönləndirilməsi;
- Mal-material və xidmətlərin alış və satış əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək;
- Anbar qalıqlarının dəqiqliyini yoxlamaq və anbar hərəkətlərinə nəzarət etmək;
- Audit və vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək və prosesdə iştirak etmək;
- Gündəlik kassaya nəzarət;
- Rəhbərliyə aylıq maliyyə nəticələri və satış göstəriciləri barədə hesabat təqdim etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Namizədə dair tələblər:
- Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi;
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
- Microsoft Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.
İş şəraiti:
- İş qrafiki: həftə içi 6 gün, 10:00–18:00; şənbə günü 10:00-15:00
- Əməkhaqqı 1500-1700 AZN (müsahibə əsasında razılaşdırılacaq).
- İş yerinin ünvan: Babək prospekti 44 A
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











