Azəriş LTD
Audit Şöbə Müdiri
Son tarix 08 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün struktur bölmələrində daxili audit proseslərinin planlaşdırılması və təşkil edilməsi
- Audit komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və nəticələrin təhlili
- Risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
- Daxili prosedurların və qanunvericiliyin tələblərinə uyğunluğun yoxlanılması
- Şirkət üzrə maliyyə, əməliyyat və proses auditlərinin həyata keçirilməsi
- Uyğunsuzluqların aşkarlanması, səbəblərin müəyyən edilməsi və düzəliş tədbirlərinin hazırlanması
- Audit hesabatlarının rəhbərliyə təqdim olunması
- Şirkədaxili proseslərin optimallaşdırılması üçün təkliflərin hazırlanması və tətbiqinə nəzarət
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə)
- Audit sahəsində minimum 3–5 il təcrübə (idarəedicilik təcrübəsi üstünlükdür)
- Daxili audit standartları və Azərbaycan qanunvericiliyi haqqında bilik
- Güclü analitik və təhlil bacarığı
- Yüksək səviyyədə diqqətlilik və məsuliyyət
- Effektiv liderlik və komanda idarəetmə bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik
Maaş: Müsahibə zamanı müəyyən olunacaq
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Audit Şöbə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Ərazi üzrə audit
Son tarix 08 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş əraziləri mütəmadi ziyarət etmək;
- Obyektlərdə vəziyyəti yoxlamaq, nəzarəti təmin etmək;
- Yeni obyektlərə Şirkət və şirkətin məhsulları haqqında məlumatların obyektlərə təqdim olunması;
- Ziyarət edilən ərazilər və obyektlərlə bağlı rəhbərliyə gündəlik hesabatların hazırlanması;
Tələblər:
- Minimum 1 il iş təcrübəsi (audit, nəzarət və ya sahə işi üzrə üstünlük verilir);
- Yüksək ünsiyyət bacarığı və məsuliyyətlilik;
- Səfər etməyə hazır olmaq;
- Analitik düşüncə və hesabat hazırlama bacarığı.
Uyğun namizədlər Ərazi üzrə audit basligi ile Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.
Problemli Şöbənin rəhbəri
Son tarix 08 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilərin mövcud borc və gecikmə hallarının araşdırılması və təhlili
- Problemli portfel üzrə risklərin qiymətləndirilməsi və idarə olunması
- Borclularla əlaqə saxlayaraq öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan məlumatlandırmanın aparılması
- Tənzimləmə, restrukturizasiya və ödəniş qrafiklərinin hazırlanması
- Göstəricilərin aylıq və həftəlik olaraq hesabatlaşdırılması
- Hüquq şöbəsi və digər müvafiq şöbələrlə koordinasiyalı şəkildə çalışmaq
- Şirkətin daxili qayda və prosedurlarına uyğun olaraq sənədləşmənin aparılması
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və ya hüquq sahəsi üzrə üstünlük verilir)
- Problemli kredit, risk idarəçiliyi və ya kolleksiya sahəsində minimum 3 il iş təcrübəsi
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Şəxsi avtomobilinin olması.
- Effektiv kommunikasiya və danışıq bacarığı
- Stressə davamlılıq və problem həll etmə bacarığı
- Kompüter bilikləri: MS Office (Excel yüksək səviyyədə)
Uyğun namizədlər Problemli Şöbənin rəhbəri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etməlidirlər.
Bölgə müdiri
Son tarix 08 yan 2026 - [email protected]
Tələblər
- Ali təhsil (biznes, marketinq, iqtisadiyyat və ya əlaqədar sahədə arzuolunandır)
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (satış və ya bölgə rəhbərliyi sahəsində)
- FMCG (qida və qeyri-qida) sahəsində təcrübə üstünlükdür
- Komandanın idarə olunması üzrə bacarıq və təcrübə
- Analitik düşüncə və satış hədəfləri ilə işləmək bacarığı
- Avtomobilin olması tələb olunur
- MS Office proqramları ilə işləmək bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- İşgüzar etika və müştəri yönümlü yanaşma
Vəzifə öhdəlikləri:
- Özünə təhkim olunmuş bölgədə satış komandalarının fəaliyyətinə nəzarət etmək
- Satış planlarının yerinə yetirilməsini təmin etmək
- Satış hədəflərinə uyğun strategiyaların hazırlanması və tətbiqi
- Mövcud və potensial müştərilər üzrə bazarın təhlili və yeni müştərilərin cəlb olunması
- Tabeçiliyində olan əməkdaşların gündəlik fəaliyyətinin təşkili və monitorinqi
- Müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf etdirilməsi
- Aylıq və rüblük satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Stokların düzgün idarə olunmasına nəzarət
- Rəqib fəaliyyətlərinin izlənməsi və analiz edilməsi
- Marketinq və satış kampaniyalarının bölgədə tətbiqi və nəticələrinin qiymətləndirilməsi
Uygun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində Bölgə müdiri yazaraq göndərə bilərlər.











