AzerGold CJSC
Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi
Son tarix 06 may 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin əsas fəaliyyət istiqamətlərini (əməliyyat, maliyyə və s.) özündə əks etdirən konsolidə edilmiş İdarəetmə Hesabatının hazırlanması (dinamik dashboard formatında);
- Cəmiyyətin fəaliyyətinin yekunlarına dair detallı analitik hesabatların hazırlanması (rüblük, yarımillik və illik əsasda);
- Əməliyyat (müxtəlif metal növləri üzrə hasilat həcmləri, ixrac göstəriciləri) və maliyyə aspektləri (Mənfəət və Zərər hesabatı maddələri, likvidlik, mənfəətlilik üzrə hesablanmış indikatorlar) olmaqla müqayisəli analitikanın hazırlanması;
- Cəmiyyətin müxtəlif yataqlarının (standalone) rentabelliyinin qiymətləndirilməsində (DCF valuation) və Maliyyə Modellərinin hazırlanmasında dəstək vermək;
- Müxtəlif mənbələrdən (açıq mənbələr, Cəmiyyətin müxtəlif struktur bölmələri,Cəmiyyətin törəmə müsəsisələri, cəlb edilmiş beynəlxalq məsləhətçilər və s.) geoloji, hasilat, maliyyə və s. kimi müxtəlif inputların əldə edilməsi, təhlil edilməsi və tələb olunduğu qaydada təmin edilməsi .
- Bütün layihələrin ayrılıqda (standalone), Cəmiyyətin isə bütövlükdə qiymətləndirilməsini özündə əks etdirən inteqrə edilmiş dinamik Strateji Maliyyə Modelinin hazırlanmasında iştirak etmək.
- Cəmiyyətin biznes inkişafı layihələri çərçivəsində yeni gəlir istiqamətləri və potensial əməkdaşlıqlarla bağlı ilkin qiymətləndirmə (due diligence, DCF valuation ) işlərinin həyata keçirilməsində dəstək vermək (müxtəlif dataların sorğulanması, araşdırılması, təhlili və s.).
- İllik ənənəvi kənar audit çərçivəsində dəyərsizləşmə testinin (impairment test) həyata keçirilməsində iştirak etmək (CGU-lar üzrə maliyyə modellərinin hazırlanaraq qiymətləndirilməsinin həyata keçirilməsində dəstək verilməsi, audit komandası və qiymətləndirmə ofisləri ilə müvafiq əlaqələrin saxlanılması və verilən digər tapşırıqların yerinə yetirilməsi)
- Maliyyə və əməliyyat aspektləri üzrə Cəmiyyətin proqnozlaşdırılan əsas fəaliyyət göstəricilərinin (KPI) hesablanmasında dəstək vermək.
- Verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı Anlama, Çeviklik, Problem Həll etmə bacarıqları.
- Dil və komputer bilikləri: Azərbaycan və İngilis dillərini peşəkar səviyyədə bilməlidir. Yüksək səviyyədə Excel və (mürəkkəb formulalar, developer alətləri (form controls) ilə rahatlıqla işləmək bacarıqları) və PowerPoint bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahələrdə (maliyyə analizi, analitik hesabatların hazırlanması və s.) ən azı 2 il iş təcrübəsi.
- Maliyyə və iqtisad sahələri üzrə ali təhsil.
- ACCA (minimum F2, F3, F5, F7 və F9) və ya CFA Level 1 və ya CIMA Operational Level (P1, E1, F1) imtahanlarını keçmək tələb olunur.