Layihələrin idarəolunması sektorunun baş mütəxəssisi
Son tarix 04 dek 2021
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
- Layihə planlama işlərinin həyata keçirilməsi;
- Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
- Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
- Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Maliyyə modellərinin hazırlanması və təhlili;
- Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
- Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.