AzerGold CJSC
Aparıcı mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru
Son tarix 06 fev 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətdə mövcud olan istifadəçi avadanlıqlarına texniki xidmət göstərmək, və profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Cəmiyyətdə mövcud istifadəçi avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaq;
- Korporativ şəbəkə və sistemlərə giriş icazəsi olan istifaçilərini Cəmiyyətdə təsdiq edilmiş qaydalara və İdarə Heyətinin Sədrinin (bundan sonra İHS) göstərişlərinə uyğun istifadə hüquqları ilə təmin edilməsində iştirak etmək;
- Cəmiyyətdə korporativ şəbəkə və elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
- İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
- İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
- Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
- Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
- İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
- İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus dili yaxşı, İngilis dili arzuolunandır.
- Office proqramları: “Windows” Server ƏS üzrə baza, “client” tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
- “MacOs” ƏS üzrə peşəkar biliklər;
- R“Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər;
- PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər;
- CCNA, İTİL üzrə nəzəri biliklər arzuolunandır.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Biznes proseslərin idarəedilməsi
Son tarix 06 fev 2025 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanması;
- Şöbəyə aid prosedur və təlimatların yazılması, razılaşdırılması və onların icrasına nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsi, onların maraqlı tərəflə razılaşdırılması;
- İnformasiya texnologiyaları layihələrinin icrası və avadanlıq yenilənmələri zamanı müvafiq texniki tapşırılıqların və layihə həcmlərinin tərtib edilməsi;
- Şöbənin illik büdcəsi və satınalmalar planının şöbə daxili əməkdaşlarla və Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti nəticəsində formalaşdırlıması və nəzarətin həyata keçirilməsi;
- Sifarişlərin verilməsi, şöbədaxili təsdiq edilmiş sənədlərin və iş məlumatlarının arxivlənməsi və dövriyyəsinin təşkili;
- İT layihələrinin icrası və şöbənin gündəlik fəaliyyəti zamanı podratçılarla uyğun işin təşkilinin həyata keçirilməsi;
- Şöbənin daxili sənədləşməsinin təşkil edilməsi (Müqavilələr, ödəniş sənədləri və s.)
- Şöbəyə aid mövcud aktivlərin (avadanlıqların və materialların) idarəedilməsi və təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
- İTİL V4 üzrə biliklərə malik olması (sertifikatın olması arzuolunandır)
- Layihələrin idarəedilməsi üzrə təcrübə (sertifikatın olması arzuolunandır)
- Serverlər, Şəbəkələr və Nəzarət sistemləri üzrə təməl biliklərin olması
- Kompüter bilikləri: Microsoft Word, Exel, Visio, Power point, Outlook
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
- İT sahəsində ən azı 5 il, layihələrin idarəedilməsi üzrə ən azı 3 il
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.