AzerGold CJSC
Müşavir köməkçisi
Son tarix 27 sen 2024 - Müraciət et
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər:
- Layihə üzrə cari prosesləri təhlil etmək və optimallaşdırmaq bacarığı;
- İşgüzar məsələlər üzrə dialoqun aparılması, daxil olan məlumatların emalı;
- Elektron sənəd dövriyəsinə daxil olan məktubların izlənilməsi və təhlili;
- Verilmiş tapşırıqlar üzrə müddətlərin planlaşdırılması və icrasına nəzarət (Schedule Performance İndex (SPİ))
- Rəsmi yazışmaların mətnlərinin hazırlanması;
- Müvafiq proseslərin layihə daxilində müstəqil aparılması;
- Cost Performance İndex (CPİ), AFE ( Authorization for Expenditure) layihənin maliyyə səmərəliliyi və xərclərin gəlirlərlə müqayisəli təhlilini aparmaq;
- Potensial risklər və əlavə xərclərin təhlilini aparmaq;
- GAP və SWOT təhlillərin aparılması
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili mükəmməl səviyyədə, ingilis və rus dilləri yaxşı səviyyədə olmalıdır;
- Microsoft Office proqramları üzrə işləmək bacarığı;
- Yüksək səviyyədə araşdırma və təhlil etmə, vaxtın düzgün idarəedilməsi, güclü analitika, problem həll etmə və kommunikasiya bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Dağ-mədən və ya neft- qaz mühəndisliyi ixtisasları üzrə ali təhsil.
- Müvafiq sahə üzrə minimum 1 ilədək iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Avadanlıq və qurğular üzrə texniki muavin
Son tarix 27 sen 2024 Müraciət et
Vakansiyaya dair tələblər
Məsuliyyət:
Cəmiyyətin istehsalat sahələrində istismar olunan tutumlar üçün qarışdırıcılar, oksigen generatorları, hidrotexniki qurğular, fırlanan, hidravlik avadanlıqlar, çənlərdəki qarışdırıcılar, hava kompressorları, təzyiq çənləri,və s. qurğuların müntəzəm texniki baxımını və təmirinin təşkil edilməsi sisteminin qurulması və nəzarət olunması.
Əsas vəzifə və öhdəliklər:
• Avadanlıq və qurğuların profilaktik və önləyici baxım işlərinin planlaşdırılmasına və mütəmadi olaraq həyata keçirilməsinə nəzarət edilməsi və dayanıqlı sistemin təşkili;
• Zavodun işini dayandırmadan qəza təmir işlərinin icrası, texniki nasazlıqların operativ aradan qaldırılmasına birbaşa rəhbərlik etməsi;
• Zavodun avadanlıq və qurğularının boşdayanmasının qarşısının alınması üçün önləyici tədbirlər planının hazırlanması və icrasına nəzarətin təşkil edilməsi;
• Baxım planlarının formalaşmasına və icrasına nəzarətin təşkil edilməsi;
• Ehtiyat hissələrinin və avadanlıqlara xidmətlər üzrə təchizat proqramının izlənməsi və koordinasiyası;
• Avadanlığın iş göstəricilərinin daimi monitorinqi, məhsuldarlığın artırılması və enerji səmərəliliyinin təmin edilməsi;
• Avadanlıqların titrəyişi, istilik və digər kritik göstəricilərinin monitorinqi üçün mütəmadi yoxlamaların aparılması;
• Sabit,dönən,titrəyən,qovan,generasiya edən və bununla məhdudlaşmayan digər mexaniki avadanlıq və qurğular üzrə, o cümlədən avtomatika sisteminin sabit işləməsinin təşkil edilməsi üçün kompleks plan tədbirlərin təşkili;
• Potensial texniki problemlərin vaxtında müəyyən edilməsi üçün diaqnostik analizlərin aparılması;
• Texnoloji avadanlıq və qurğuların modernizasiyası üçün layihələrin hazırlanması və icrası;
• Texnoloji Yeniliklərin Tətbiqi: Yeni texnologiyaların və avadanlıqların tətbiqi ilə zavodun səmərəliliyinin artırılması;
• Zavodda istifadə olunan texniki avadanlıqların təhlükəsizlik standartlarına uyğun işlədilməsi;
• Texniki risklərin və potensial təhlükələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər görülməsi;
• Texniki avadanlıqların ətraf mühitə təsirini minimuma endirmək üçün tədbirlərin görülməsi;
• Avadanlıqların saxlanması və təmir işləri üçün ayrılmış büdcənin planlaşdırılması və idarə edilməsi;
• Avadanlıqların və ehtiyat hissələrinin səmərəli istifadəsi üçün strategiyaların hazırlanması və tətbiqi;
• Texniki xərcləri azaltmaq və iş səmərəliliyini artırmaq üçün tədbirlərin hazırlanması;
• Avadanlıq və qurğular üzrə texniki komandanın idarə edilməsi, tapşırıqların verilməsi və işlərin koordinasiyası;
• Texniki avadanlıq və qurğuların vəziyyəti, Avadanlıqların faydalı iş əmsalı üzrə işləməsini və sıradan çıxma amillərin müəyyən edilməsi üçün kompleks tədbirlərin təşkili;
• Zavodun modernizasiya, genişlənmə və ya yenilənmə layihələrinin texniki aspektlərinin idarə edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və ERP proqramlarında işləmək bacarığı; (AutoCad proqramı bilikləri arzuolunandır)
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
• Avadanlıq və qurğuların texniki baxımı və təmiri sahəsində ən azı 5 il mexanik kimi iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Hasilat və emal sahələrinin keyfiyyət dayanıqlığı üzrə müavin
Son tarix 27 sen 2024 Müraciət et
Vakansiyaya dair tələblər
- Məsuliyyət:
- Dağ-mədən və emal proseslərin keyfiyyətini təmin etmək üçün məsuliyyət daşıyır. Bu vəzifənin məqsədi, zavodda keyfiyyətə nəzarət (QC) və keyfiyyətin təminatı (QA) siyasətlərini, prosedurlarını və standartlarını hazırlamaq və həyata keçirməkdir.
Əsas vəzifə və öhdəliklər:
• Keyfiyyətə nəzarət prosedurlarının həyata keçirilməsini təmin etmək üçün siyasət, prosedur və standartları hazırlamaq və tətbiq etmək;
• Xammal, aralıq məhsullar və son məhsullar üzərində keyfiyyətə nəzarət testləri, yoxlamalar və təhlilləri idarə etmək;
• Keyfiyyət nəticələri, məlumatları və statistikaları qiymətləndirmək və hər hansı qeyri-uyğunluqları və ya səhvləri müəyyən etmək;
• Keyfiyyətə nəzarət məsələlərini və ya şikayətlərini araşdırmaq, düzəldici və profilaktik tədbirlər həyata keçirmək;
• Keyfiyyətə nəzarət avadanlıqlarını, cihazlarını və materiallarını saxlamaq və kalibrasiya etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və ERP, LİMS proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Mədən mühəndisliyi, metallurgiya, kimya mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
• Sertifikat: ISO 9001, Six Sigma və ya Lean kimi keyfiyyət idarəetmə üzrə sertifikat və ya akkreditasiya.
• Mineral emalı sahəsində keyfiyyətə nəzarət və keyfiyyətin təminatı üzrə ən azı 5 il təcrübə iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Şöbə müdiri / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi
Son tarix 26 sen 2024 Müraciət et
Vakansiyaya dair tələblər
Məsuliyyət:
Dağ-mədən və emal sahələrinin İdarəedilməsi şöbəsinin müdiri: qızıl,gümüş ,mis və digər dəyərli nəcib metalların təhlükəsiz, səmərəli və gəlirli çıxarılmasını təmin edərək, istehsalat vahidlərinin ümumi idarə olunmasına və rəhbərliyinə cavabdehdir və bütün tənzimləyici və ekoloji tələblərə əməl edilməsini təmin etməli. Vəzifənin məqsədi Cəmiyyətin öz və nəzarəti altında olan əməliyyat və istehsalat aktivlərinin və sahələrinin davamlı rentabelliyini və gəlirliliyini təmin etmək üçün uzunmüddətli strategiyaları planlaşdırmaq və həyata keçirməkdir.
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin Hasilat və Emal sahələri üzrə davamlı rentabelliyini və gəlirliliyini təmin etmək üçün uzunmüddətli strategiyaların planlaşdırılması və həyata keçirilməsi;
• Hasilat sahələri və Emal zavoodlarının fəaliyyətləri üçün zəruri olan materialların, avadanlıqların və xidmətlərin alınmasını idarə etmək;
• Müntəzəm olaraq performans qiymətləndirmələri aparmaq və mədən və onun heyətinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyələr vermək;
• Bütün heyətin müvafiq təlimlərdən keçməsini və bu təlimlərin vaxtında yenilənməsini təmin etmək;
• Əməliyyat Podrtaçıları və tədarükçülər kimi əsas tərəfdaşlarla əlaqələri idarə etmək;
• Mədən əməliyyatları ilə əlaqəli riskləri minimuma endirmək üçün risk idarəetmə strategiyalarını inkişaf etdirmək və tətbiq etmək;
• Bütün işçilər üçün təhlükəsiz iş mühiti təmin etmək məqsədi ilə sağlamlıq və təhlükəsizlik siyasət və prosedurlarının inkişafını və tətbiqini təmin etmək;
• Mədən əməliyyatlarının səmərəliliyini artırmaq, xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün səyləri idarə etmək;
• Cəmiyyəti sənaye tədbirlərində, konfranslarda və digər ictimai forumlarda təmsil etmək;
• Mədənin büdcə çərçivəsində fəaliyyət göstərdiyini və maliyyə hədəflərinə çatdığını təmin etmək üçün müntəzəm maliyyə təhlili aparmaq;
• Problemlərin vaxtında müəyyən edilməsi və həll edilməsi üçün bütün tərəfdaşlarla effektiv kommunikasiyanın təmin olunmasını təmin etmək;
• Mədən əməliyyatlarının ətraf mühitə təsirini minimuma endirmək üçün ətraf mühit və dayanıqlıq proqramlarının həyata keçirilməsinə nəzarət etmək;
• Müvafiq qanunvericilik, qaydalar və sənaye standartlarına tam riayət olunmasını təmin etmək;
• Mədən əməliyyatları ilə əlaqəli korporativ siyasət və prosedurların inkişafında və tətbiqində iştirak etmək;
• Xərc idarəetmə məsələlərini nəzərdən keçirmək və təkmilləşdirmələr müəyyən etmək;
• Şöbənin büdcəsini hazırlamaq,idarə etmək və təkmilləşdirmə təklifləri vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və ERP proqramlarında işləmək bacarığı; (Surpac, Datamine proqramları arzuolunandır.)
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi və analitika bacarıqları tələb olunur;
• Kəşfiyyat, istehsal və emal daxil olmaqla mədən əməliyyatları haqqında geniş biliklər;
• Müvafiq sahə üzrə qanunlar, qaydalar və təhlükəsizlik standartları haqqında biliklər;
• Mədən sənayesindəki yeniliklər, inkişaflar və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq;
• Şöbənin maliyyə göstəricilərini anlamaq, büdcəni idarə etmək üçün maliyyə savadlılığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Mədən mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil. (MBA arzuolunandır)
• Müvafiq və ya yaxın sahələrdə 7 ildən çox iş təcrübəsi, İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
Əlavə tələblər:
• Müxtəlif emal və zənginləşdirmə texnoloqiyaları ilə işləmə təcrübəsi. (Topa gələviləşdirmə,Çəndə gələviləşdirmə,Albion,BİOX və sair)
• Xidməti podrtaçıları və tədarükçülər kimi əsas tərəfdaşlarla əlaqələri idarə etmək təcrübəsi.
• Risk idarəetmə strategiyalarının və ekoloji idarəetmə planlarının hazırlanması və tətbiqi təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Şöbə müdiri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Son tarix 26 sen 2024 Müraciət et
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasını təmin etmək;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin Strateji planının hazırlanmasını təşkil və təmin etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişafını təmin etmək;
- Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
- Şöbənin səlahiyyətlərinə aid satışı ilə bağlı Cəmiyyətin illik satış planını hazırlanmasının təmin edilməsi
- Şöbənin səlahiyyətləri daxilində müvafiq xəlitələrin affinajı, o cümlədən qiymətlilərin dünya bazarında satışının təşkil edilməsi
- Şöbənin səlahiyyətləri çərçivəsində yataqların işlənməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi və təhlillərin aparılması istiqamətində müvafiq layihələr və proqramların hazırlanması və icrasını təmin etmək
- Yataqların istismarı istiqamətində alternativ biznes modelləri dəyərləndirilmək və bu istiqamətdə müvafiq təkliflərin verilməsini təmin etmək;
- Cəmiyyətin strateji məqsədlərinə xidmət edən optimizasiya yönümlü təkliflərin hazırlanmasını təmin etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin mənfəətinin artırılması istiqamətində yeni biznes layihələrinin hazırlanması və icrasını təmin etmək;
- Maliyyələşmənin cəlb edilməsi istiqamətində strateji əməkdaşlıq imkanlarının müəyyən edilməsi və cəlb edilməsi istiqamətində işləri təşkil etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarında işləmək bacarığı; (Primavera, Microsoft Project, SAP kimi proqramlar üzrə işləmək bacarığı üstünlükdür)
- Dil bilikləri: Azərbaycan və İngilis dili səlis, Rus dili arzuolunandır.
- Mədən və filiz emalı texnologiyaları haqqında məlumatlı olmaq;
- Layihələrin qiymətləndirilməsi, Maliyyə Modellərinin qurulması və Layihə Risk Analizi sahəsi üzrə bacarıqlar;
- Layihə idarəetmə prosesləri və alətləri, PMBOK® təlimatları və PMI-nin qlobal standartlarını bilməlidir;
- Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə 7 ildən çox iş təcrübəsi, İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
- İqtisadiyyat, maliyyə, mühəndislik sahələri üzrə ali təhsil.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.