AzerGold CJSC
SƏTƏM üzrə mühəndis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Son tarix 14 may 2026 Müraciət et
Əsas vəzifə öhdəlikləri:
SƏTƏM siyasət və prosedurlarının idarə olunması:
- Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək.
Audit və təftişlərin icrası:
- Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək.
Uyğunsuzluqların idarə olunması:
- Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək.
Təlim və səriştələrin idarə olunması:
- Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək.
Hadisələrin araşdırılması və idarə olunması:
- Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
Uyğunluğun və qanunvericiliyin monitorinqi:
- SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
Monitorinq, sənədləşdirmə və hesabatlılıq:
- SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək.
Fövqəladə halların idarə olunması:
- Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək.
Kommunikasiya və məlumatların idarə olunması:
- Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək.
Risk və təhlükəli amillərin idarə olunması:
- İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək.
Podratçı və təchizatçıların idarə olunması:
- Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək.
Sifariş və büdcə proseslərinə dəstək:
- Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) bilikləri olmalıdır;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
- ISO 45001 - 2018 Beynəlxalq Standartlarının tələblərini bilməlidir
- NEBOSH və ya NVQ4 ekvivalent beynəlxalq sertifikatlara malik namizədlərə əhəmiyyətli dərəcədə üstünlük verilir.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Yüksək səviyyədə hesabat hazırlama və analitik düşünmə qabiliyyəti olmalıdır;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) bilikləri olmalıdır;
- Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış
- SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı;
- Fərqli iş mühitlərində SƏTƏM sistemlərinin yaradılmasında təcrübə
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi və ya digər Mühəndislik dərəcəsi)
- Minimum 5 illik müvafiq SƏTƏM təcrübəsi
İş qrafiki: Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Son tarix 14 may 2026 - Müraciət et
Əsas vəzifə öhdəlikləri
SƏTƏM siyasət və prosedurlarının tətbiqi:
- Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
Audit və təftiş:
- Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
Uyğunsuzluqların idarəolunması:
- Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
Təlim və təlimatlandırma:
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
Hadisələrin araşdırılması:
- Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
Monitorinq və hesabatlılıq:
- SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
Fövqəladə hallara hazırlıq:
- Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Kommunikasiya və məlumatlandırma:
- İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
Risklərin müəyyən edilməsi:
- İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
Podratçılara nəzarətdə iştirak:
- Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
SƏTƏM inventar və materialların izlənməsi:
- SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi və ya digər Mühəndislik dərəcəsi)
- Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi
İş qrafiki: Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














