AzerGold CJSC
NÖC üzrə çilingər / Təmir-tikinti və texniki təminat şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin elektro-mexanika bölməsi (Daşkəsən)
Son tarix 26 dek 2025 - Müraciət et
İş yeri: Daşkəsən
Əsas vəzifə və öhdəliklər:
- Sahədəki Nəzarət ölçü cihazlarının sazlığını təmin etmək;
- Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyən bir prosedura və spesifikasiyalara uyğun olaraq aparmaq;
- Sahədəki avadanlıqlara düzgün nəzarəti və qulluğu həyata keçirmək;
- Tələb olunan qaydada rutin təhlükəsizlik testlərini və sahə avadanlıqlarında yoxlamaları aparmaq;
- Nəzarət ölçü cihazlarını nizamlamaq, sınamaq, yeniləmək, quraşdırmaq, sazlamaq və təhvil vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Vaxtaşırı rəhbərliyə tapşırıqların icrasının gedişi haqqında məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
- Microsoft Office proqramları üzrə işləmək bacarığı;
- Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə peşə təhsili;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi. (Biləvasitə NÖC,elektromexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır)
İş qrafiki:
- Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Mühəndis - Geoloq / CİL zavodu (Daşkəsən)
Son tarix 26 dek 2025 - Müraciət et
İş yeri: Daşkəsən
Vakansiyaya dair tələblər:
- Geoloji tədqiqatların aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq;
- Torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
- Yeraltı şəraitlərində sürüşmə, çökmə və ya geodinamikaktivlik kimipotensial geolojiobyektləri müəyyənləşdirmək;
- Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək;
- Geoloji xəritələr, profillər və model eskizləri hazırlamaq;
- Mühəndislik layihələndirməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək;
- Layihələndirmə və planlaşdırmaya dəstək; Bünövrələr, yamaclar, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək;
- Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək;
- Risk qiymətləndirməsinin aparılması;
- Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək;
- Hesabatlar hazırlamaq, tapıntıları rəhbərliyə və sifarişçiyə təqdim etmək;
- Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq;
- Texniki hesabatların hazırlanması;
- Tikinti və qazıntı işlərinə nəzarət etmək, təhlükəsizlik və keyfiyyət standartlarının qorunmasını təmin etmək
- Zərurət olduqda torpaq və süxurların vəziyyətini sadə modellərlə göstərmək, rəqəmsal modellərlərdə analiz aparmaq.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı səviyyədə olmalıdır;
- Müasir alətlər və texnologiyalardan istifadə bacarıqları;
- AutoCAD, Plaxis, Rocscience və GIS proqramlarında işləmə bacarığı.
- Çevik və əməkdaşlığa açıq, məsuliyyətli, tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirən, diqqətli, dürüst və intizamlı iş yanaşmasına malik olmaq.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Geologiya (mühəndis geoloq) sahəsi üzrə Ali təhsil ;
- Yaxın və oxşar sahədə 5 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










