Baş hüquqşunas / Hüquq şöbəsi / Hüquqi komplayns və korporativ hüquq sektoru
Son tarix 24 avq 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
-
Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasınında iştirak etmək;
-
Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsində və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək;
-
Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması;
-
Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış, rəy və məlumatları hazırlamaq, hazırlanmış arayış və rəylərin yoxlanılmasında iştirak etmək;
-
Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
-
Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmək;
-
Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsində iştirak etmək və sektor müdiri tərəfindən bu istiqamətdə tapşırılmış işləri icra etmək;
-
Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə məruzə etmək;
-
Cəmiyyətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə (istiqrazlara münasibətdə) hüquqi prosedurlarının icrasını həyata keçirmək;
-
Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını icra etmək;
-
Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə, Planlama səriştəlikləri;
-
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-
Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Hüquq sahəsi üzrə ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş qrafiki:
-
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
-
Əmək haqqı müsahibə əsnasında təyin olunur.
-
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
-
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
-
Nəqliyyat xidməti.
-
Rəqabətli mükafatlandırma sistemi.
Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru
Son tarix 23 avq 2024 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
-
Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və onun təkmilləşdirilməsini təmin etmək;
-
Cəmiyyətin biznes proseslərinin təhlil olunması və risklərin idarəolunması sisteminin qurulmasını təmin etmək;
-
Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi; prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;
-
Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi və onun daimi yenilənməsini təmin etmək;
-
Risklərin idarəolunmasında biznes proseslərin dəyişkənliyi baxımından təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsini təmin etmək;
-
Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə qarşılıqlı kommunikasiyanın təmin olunması;
-
Risklərin idarəolunması sahəsində beynəlxalq standartları tətbiq etmək;
-
Cəmiyyətdə risk əsaslı yanaşma mühitinin formalaşdırılmasını və təşviq olunmasını təmin etmək;
-
Risklərin idarəolunması sisteminin təkmilləşdirilməsi və onun işləkliyini təmin etmək;
-
Risklərin idarəolunması sektorunun məqsədlərinə nail olunması istiqamətində zəruri tədbirlər görmək;
-
Risklərin idarəolunması sektorunun fəaliyyətinini təşkil etmək və fəaliyyətə dair hesabatlılığı təmin etmək;
-
Rəhbərliyin Risklərin idarəolunması və qanunvericlik aktlarına uyğun verdiyi göstəriş və tapşırıqları tam və vaxtında icra olunmasını təmin etmək;
-
Risklərin idarəolunması sistemi çərçivəsində komanda işinin təşviq olunmasını təmin etmək;
-
Risklərin idarəolunması sisteminin tətbiqi zamanı nəticəyönümlü qərarların alınmasını təmin etmək;
-
Risklərin müəyyən olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək.
Tələb oluna bilik, bacarıq və səriştələr:
-
Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis və rus dilləri arzuolunandır;
-
Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə, Risk əsaslı yanaşma;
-
Peşəkar MS Excel, 1C, ERP proqramları üzrə biliklər;
-
Ezamiyyətlərə getməyə hazır olmalı;
-
ACCA, CIA, CRMA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə ixtisaslar üzrə);
-
Müvafiq sahə üzrə minimum 5 il, Risklərin idarəolunması sahəsi üzrə 3 il iş təcrübəsi.
İş qrafiki:
-
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
-
Əmək haqqı müsahibə əsnasında təyin olunur.
-
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
-
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
-
Nəqliyyat xidməti.
-
Rəqabətli mükafatlandırma sistemi.
Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / İcraya nəzarət sektoru
Son tarix 23 avq 2024 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
-
Sektorunun iş fəaliyyətini , sektor əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil etmək;
-
Sektor əməkdaşları tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətini yoxlamaq və nəzarət etmək;
-
Sektor daxilində iş keyfiyyətinin qiymətləndirilməsinin mexanizmləri barədə şöbə müdirinə təkliflər təqdim etmək;
-
Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə icraya nəzarət tədbirlərini və araşdırmaları səmərəli aparmaq, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq və şöbə müdir müavininə təqdim etmək, tövsiyələrin icrasına nəzarət (monitorinq) tədbirlərini aparmaq;
-
Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, daxili nəzarət sisteminin təkmilləşdirilməsi prosesində şöbə rəhbərliyinin tapşırıqlarını icra etmək;
-
Korrupsiya xarakterli hallara qarşı adekvat mübarizə, habelə nəzarət mexanizmlərində boşluqlara qarşı adekvat mübarizə, həmçinin effektiv tənzimləməni əhatə edən xüsusi daxili nəzarət sistemin formalaşdırması və bu istiqamətdə araşdırılmaların aparılması üzrə Şöbə müdir müavininə dəstək göstərmək, bu istiqamətdə sektor əməkdaşlarının işini yoxlamaq, bu sistemin mütəmadi olaraq təkmilləşdirməsi üçün Şöbə müdir müavininə təkliflər təqdim etmək;
-
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq daxili nəzarət tədbirləri həyata keçirmək üçün və Korrupsiyaya qarşı mübarizə ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədi ilə effektiv mexanizmlərin əks olunduğu daxili normativ sənədləri təkmilləşdirmək;
-
ISO 37001:2016 "Rüşvətxorluq Əleyhinə İdarəetmə Sistemi"ni əsas götürməklə Korrupsiya ilə mübarizə mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək;
-
Korrupsiya risklərinin müəyyən olunması və riskin azaldılması üzrə zəruri tədbirlərin görülməsini təmin etmək;
-
Aidiyyəti hesabatları hazırlamaq və şöbə müdir müavinə təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-
Azərbaycan dilini səlis, ingilis və rus dilləri yaxşı səviyyədə olması arzuolunandır;
-
Microsoft Office və digər audit və statistik proqramları üzrə biliklər;
-
Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
-
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə);
-
Müvafiq sahə üzrə minimum 5 il, Etika və komplayns, Daxili nəzarət sahəsi üzrə 3 il iş təcrübəsi.
İş qrafiki:
-
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
-
Əmək haqqı müsahibə əsnasında təyin olunur.
-
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
-
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
-
Nəqliyyat xidməti.
-
Rəqabətli mükafatlandırma sistemi.