AzerGold CJSC
Əməliyyatlar üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi
Son tarix 09 fev 2026 - Müraciət et
Vakansiyaya dair tələblər:
- Müvafiq sahələrin fəaliyyət planlarının və iş bölgüsünün icrasına nəzarəti təşkil etmək;
- İstehsalat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və istehsalat xərclərinin azaldılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
- İstehsalatda texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə operativ qərarların qəbulu və icrasına nəzarəti təşkil etmək;
- Emal və hasilat sahələri üzrə mal-material, texnika, sərf materiallarının və kimyəvi maddələrin təminatının düzgün planlaşdırılması və əlaqələndirilməsi;
- İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarəti təşkil etmək;
- Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək;
- Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarəti təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək;
- Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək;
- İstehsal sahələrində aparılan optimizasiyalar ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi;
- Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək;
- Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarını mükəmməl bilmək, mühəndislik sahəsi üzrə proqramları bilmək üstünlükdür.
- Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam,Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










