AzerGold CJSC
Təmir - tikinti və energetika şöbəsi üzrə elektrik
Son tarix 07 yan 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
- Transformator yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
- Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
- Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
- Elektrik avadanlıqlarının istismarı üzrə xidmətlər təhlükəsiz yerinə yetirmək;
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsindəiştirak etmək;
- Aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə aidiyyəti üzrə məlumat vermək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
- İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
- Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Sahə üzrə orta ixtisas / ilk peşə təhsili;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır).
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, problem həll etmə bacarıqları;
- Elektrik idarəetmə aparatlarının iş prinsiplərini bilmək;
- Elektrik sxemlərini tərtib etmək və quraşdırmaq bacarığı;
- Elektrik mühərriklərinin, güc, gərginlik və cərəyan transformatorlarının quruluşunu, birləşmə qruplarını və iş prinsipini bilmək;
- Birxətli və prinspial sxemləri oxumaq və elektrik dövrələrində qüsurları aşkar etmək bacarığı;
- ETQ və TİQ sahəsində biliklərə malik olmaq.
İş qrafiki: Növbəli