Azərbaycan Sənaye Siğorta ASC
Hüquqşünas
Son tarix 08 iyn 2025 - Müraciət et
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
Vəzifə öhdəlikləri:
- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuları hazırlamaq;
- Sığorta hadisələri ilə bağlı şübhəli hallara hüquqi rəy vermək;
- Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq;
- Cəmiyyətə daxil olan və çıxan müqavilələrə, sənədlərə, hüquqi rəy vermək və vizalanması işini təşkil etmək;
- Sığorta hadisələri üzrə ödəniş vaxtının gecikməsi və s. hallarda müştəri şikayətlərinə yazılı cavablar hazırlamaqda iştirak etmək;
- Sistem üzərindən ödəniş sənədlərinin yoxlanılıb-təsdiq edilmək;
- Təqdim olunmuş sənədlər siyahısına əsasən iş qovluqlarının yığılması və arxivləşdirilməsi;
- Mail ilə göndərilmiş sənədlərin fayl şəklində yığılaraq imzaya və ödənişə təqdim etmək;
- Sığorta hadisələrinin araşdırılması departamenti daxilində sənəd dövriyyəsinin jurnal vasitəsilə qeydiyyatını aparmaq və sənədlərin əvvəldən arxivləşməyədək olan dövriyyəsini icra etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Hüquqşünas" qeyd etməyiniz xahiş olunur.
Anderaytinq üzrə mütəxəssis
Son tarix 08 iyn 2025 Müraciət et
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 0-2 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Risklərin təkrarsığortasını təhlil və təşkil edilməsi;
- Şirkətin təkrarsığorta siyasətinin koordinasiyasında iştirak edir və müvafiq sığorta növləri üzrə risklərin təkrarsığortalanmasını departament və şöbə müdiri ilə analiz edilməsi;
- Cari risklərin analizini (risklərin seleksiyası, tariflərin hesablanması, sığorta şərtlərinin müəyyən edilməsi, təkrarsığortaçılar ilə konkret risklərin yerləşdirilməsi üçün danışıqlar aparılması və s.) aparılması;
- Sənədləşmə prosesində iştirak edir: gündəlik olaraq sığorta polislərinin buraxılmasının həyata keçirilməsi, Anderraytinq şöbəsinin rəhbəri ilə razılaşdırdıqdan sonra verilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünün qabaqcadan yoxlanılması (lazım olduğu təqdirdə müvafiq düzəlişləri və dəqiqləşdirmələri aparmaqla);
- Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun rəhbərliyi altında yeni sığorta proqramlarınıın hazırlanması (sənədləşmə prosesinin və tariflərin hesablanmasının həyata keçirilməsi);
- Qeyri-standart riskləri sığortalayarkən, satış şöbəsinin müvafiq əməkdaşının razılığı ilə, surveylərdə və sığorta predmetinin qiymətləndirilməsində birbaşa iştirak edir, sığorta hadisəsinin baş vermə ehtimalı üzrə faktorları aşkara çıxarır və bu işlə əlaqədar hesabatlar aparır;
- Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun razılığından sonra müvafiq risklər üzrə təhlillərin aparılması (tarifin təyin olunması, sığorta şərtlərinin müəyyən olunması, sığorta risklərinin seçilməsi);
- Riskləri qəbul edərkən, həmin risklərin təkrarsığortalanmasında ehtiyacın olub-olmaması barədə birbaşa müdirin rəhbərliyi altında qərar qəbul etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Anderaytinq üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
İddiaların tənzimlənməsi üzrə mütəxəssis
Son tarix 08 iyn 2025 Müraciət e
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, Türk -yaxşı səviyyədə bilməsi üstünlükdür;
- Analiz etmə, dəyərləndirmə bacarıqları;
- Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı;
- Sığorta qanunvericiliyi bilikləri.
Vəzifə öhdəlikləri:
- Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və işləri icra etmək (yük sığortası istisna);
- Sığorta işinə ödəmə qərarı verildikdən sonra sənədləri toplayıb Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;
- İl ərzində olan sığorta ödənişi aktların təqibi cədvəlini hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında, müqayisəli təhlilin aparılmasında iştirak etmək;
- Hər bir iş üçün digər şöbələrdən sənədləri təhvil-təslim etmək, yoxlanılması, təqibini, nəzarəti və uçotunu aparmaq;
- Bütün bu növ işlərin arxivləşdirilməsini aparmaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İddiaların tənzimlənməsi üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Korporativ katib
Son tarix 08 iyn 2025 Müraciət e
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil (Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə);
- Maliyyə və ya hüquq sahəsi üzrə 3 (üç) illik iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis dili- Orta;
- Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi);
- Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış;
- Məsuliyyətlilik və işdə dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək;
- Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
- Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Sığortanın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək;
- Müşahidə Şurasının sədri ilə birgə sığortanın korporativ idarəetməsinin sığortanın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək;
- Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Korporativ katib" qeyd etməyiniz xahiş olunur.