Azərbaycan Mikro Kredit BOKT
Daxili nəzarət işçisi
Son tarix 03 mar 2026 - [email protected]
“Azərbaycan Mikro-Kredit BOKT” ASC Daxili nəzarət işçisi vəzifəsinə işçi axtarışı elan edir.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Bank işi və ya əlaqəli sahə);
- Kredit sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Kredit risklərinin qiymətləndirilməsi və idarə olunması üzrə biliklər;
- Kredit sənədlərinin düzgünlüyünü və tamlığını yoxlama bacarığı;
- Analitik düşünmə və hesabat hazırlama qabiliyyəti;
- Bank/BOKT daxili qaydaları və kredit prosedurları haqqında biliklər;
- AKB, Asan Kredit Bürosu və digər kredit sorğu sistemləri ilə işləmə bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və obyektivlik.
İşin təsviri:
- Təşkilatın təlimat və qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Cədvəlləşdirilmiş qrafik üzrə tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
- Filiallarda verilən kreditlərinin daxili qaydalara və qanunvericiliyə uyğunluğuna nəzarət etmək;
- Kredit sənədlərinin düzgün tərtib olunmasını yoxlamaq və aşkar edilən uyğunsuzluqlar barədə hesabat hazırlamaq;
- Kredit prosesində yol verilən riskləri və tipik pozuntuları müəyyən etmək;
- Kredit portfeli üzrə monitorinqlər aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Kredit işçiləri və filial müdirləri tərəfindən kredit prosedurlarına əməl olunmasına nəzarət etmək;
- Riskli və problemli kreditlərin səbəblərini təhlil etmək;
- Daxili nəzarət çərçivəsində yoxlamalar aparmaq və tövsiyələr vermək;
- Kredit sahəsi üzrə daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
Ünvan - Bakı
İş günləri - Bazar ertəsi – Şənbə
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilər.











