Azərbaycan Dəmir Yolları
Risklərin və keyfiyyətin idarə edilməsi departamentinin Keyfiyyət təminatı şöbəsinin Aparıcı mütəxəssisi
Son tarix 24 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Keyfiyyət İdarəetmə sisteminin tələbləri istiqamətində lazımi Qaydaların, Təlimatların, Prosseslərin, Prosedurların və digər oxşar sənədlərin tərtibatı, müvafiq dəyişkliklərin olunması;
- Cəmiyyətin Keyfiyyət Menecment Sisteminə aid tələblərin struktur vahidlərində mənimsənilməsi və tətbiq olunması işinin təşkili;
- Keyfiyyət İdarəetmə Sisteminin planlaşdırılması, daxili sənədlərin (proses, prosedur, təlimat və digər oxşar sənədlər) hazırlanması, idarə edilməsi, düzəldici fəaliyyətlərə, illik hədəflərin izlənilməsinə nəzarət edilməsi;
- Uyğunsuzluqların araşdırılması, onların səbəblərinin aradan qaldırılması və oxşar uyğunsuzluqların gələcəkdə baş verməməsi üçün aidiyyəti struktur vahidlərlə birlikdə qabaqlayıcı tədbirlərin hazırlanması zamanı təkliflərinin verilməsi;
- Aradan qaldırılmış uyğunsuzluqların səmərəliliyinin qiymətləndirilməsi və təhlili;
- Rəhbərliyik tərəfindən keçirilən iclaslar üçün tələb edilən materialların hazırlanmasında iştirak;
- Rəhbərliyin baxış icmalı iclaslarının gündəliyinin hazırlanmasında iştrak;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsində struktur vahidlərə metodiki köməklik göstərilməsi;
- Cəmiyyətin struktur bölmələrinin illik hədəflərinin izlənilməsi, hesabatının tərtibi ;
- Təlimlərin keçirilməsinin təşkili, təlim keçmə və effektivliyinin yoxlanılmasının təmini;
- Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla şöbə müdirinə, o cümlədən departamentin müdirinə təqdim edilməsi;
- İdarəetmə sistemləri üzrə daxili audit (yoxlama) planlarını hazırlanmasında iştirak; İdarəetmə sistemləri tələblərinə uyğun daxili auditlərin keçirilməsində iştirak etmək və audit hesabatlarının tərtib edilməsi;
- Korporativ kodeksinə əməl edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Hüquq);
- Keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
- MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
- İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
- Peşəkar ünsiyyət psixologiyasını bilməli.
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin və keyfiyyətin idarə edilməsi departamentinin Keyfiyyət təminatı şöbəsinin mütəxəssisi
Son tarix 24 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdaxili sənədlərin - funksional prosedur, proses, təlimatların və digər oxşar sənədlərin yaradılması, işləkliyinin təmin edilməsi və müvafiq dəyişkliklərin olunmasında iştirak;
- Keyfiyyət idarəetmə Sistemlərinin tələblərinin icra edilməsi istiqamətində fəaliyyətlərdə iştirak;
- Düzəldici fəaliyyətlərin aşkarlanması, fəaliyyət planlarının tərtibatı və onların icrasına nəzarət edilməsində iştirak etmək;
- Keyfiyyət idarəetmə sistemləri tələblərinə uyğun (İSO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi;
- Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyatı şəxslərə təqdim edilməsi;
- Cəmiyyət üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak olunması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat);
- Keyfiyyət sahəsində minimum 3 (üç) il iş təcrübəsi;
- Biznes proseslərinin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
- MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
- İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
- Peşəkar ünsiyyət psixologiyasını bilməli.
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Rəqəmsal Marketiq şöbəsində Mütəxəssis
Son tarix 24 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəsmi rəqəmsal kommunikasiya platformaların yaradılması və idarə olunması (Rəsmi veb səhifə və sosial şəbəkə səhifələr);
- Rəsmi rəqəmsal kommunikasiya platformaları üçün kontentin yaradılmasında və yerləşdirilməsində iştirak etmək (Rəsmi veb səhifə, mobil əlavə və sosial şəbəkə səhifələr); Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
- Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI / KPI və s.);
- Veb səhifənin texniki təhlili və admin hissədə işləmək; SEM və Facebook Pixel üzrə təcrübə, targeting bacarığı (Meta Ads və Google Ads);
- SEO işlərinin həyata keçirilməsi,texniki komanda ilə işləmək bacarığı;
- Google Analytics və Google Search Console ilə veb analizin aparılması, uyğun fəaliyyətinin planlaşdırılması;
- Email / sms marketinq kampaniyalarının yaradılması və analiz edilməsi.
Tələblər:
- Ali (Marketinq, İqtisadiyyat, Biznesin təşkili və idarə olunması);
- Ən azı 2 ildən çox rəqəmsal marketinq sahəsində iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və Rus dili səlis (İngilis dili arzu olunandır);
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Task management);
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.