Azərbaycan Dəmir Yolları
Kassir – nəzarətçi (Bakı)
Son tarix 06 noy 2023 - Müraciət et
İşin təsviri:
- Qayda və təlimatların tələbinə uyğun şəhərlərarası (rayonlararası) istiqamətə sərnişin biletlərinin satışını və geri qaytarılmasını həyata keçirir, ciddi hesabat blanklarının, maliyyə blanklarının qorunub saxlanmasını təmin edir;
- Qurğu və avadanlıqların işinə nəzarət edir, onların saz saxlanmasına cavabdehlik daşıyır, bilet satışında əldə olunmuş pul vəsaitini böyük kassir-nəzarətçiyə təhvil verir;
- Qanunvericiliyin tələbinə müvafiq daxili intizam qaydalarının, vəzifə öhdəliyini tənzimləyən digər qayda və təlimatların tələbini yerinə yetirir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qayda və normalarının tələblərinə əməl edir;
- Müraciət edən sərnişinlərə dolğun məlumat verir, onlara köməklik göstərir, nəzakətlə diqqət və qayğı göstərir;
- Funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görür.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Orta təhsil və sahə üzrə 1 il iş təcrübəsi;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, müştəriyönümlülük və diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 05.11.2023
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İnkassator
Son tarix 02 noy 2023 Müraciət et
İşin təsviri:
- Nağd pul təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması;
- Gün ərzində xəzinə üzrə mədaxil, məxaric, əməliyyatların aparılması;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata icazə verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesabatının aparılması;
- Kart satış köşklərinin pul vəsaiti və rulon kağızı ilə doldurulmasını, eyni zamanda şəhərətrafı elektrik qatarları kassirlərini pul vəsaiti və rulon kağızı ilə təmin etməsi;
- Şəhərətrafı bilet kassirlərində kart satışı köşklərində lazımi miqdarda kağız və xırda pul ehtiyatınının olmasını nəzərdə saxlayır;
- Bilet satışı köşklərindən pul vəsaitini və hesabatların çıxarılmasını vaxtaşırı olaraq təmin edir, aşkar olunmuş kənarlaşma qüsur və nasazlıqlar barədə aiddiyatı yerə məlumat verir;
- Gün ərzində satış məntəqələrindən yığılan pul vəsaitlərinin təhvil alınması;
- Müfaviq işlərlə bağlı sənədlərin təhvil-təslimi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsil və sahə üzrə 1 il iş təcrübəsi;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, intizamlılıq və diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 01.11.2023
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis
Son tarix 27 noy 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;
- Ekoloji tarazlığın qorunmasına, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət;
- Əlverişli ekoloji vəziyyətin təmin edilməsi və ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə təkliflərin hazırlanması;
- İstehsalat prosesləri zamanı ətraf mühitə edilən təsirləri müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlər apararaq azaldılması istiqamətində tədbirlər müəyyən etmək;
- Qeydlər və sənədləşmə işlərinin aparılması, ətraf mühit problemlərinin həllində vətəndaş məsuliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması məqsədilə Cəmiyyətdə çalışan insanların müvafiq təlim proqramları əsasında ekoloji maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
Tələb olunan biliklər:
- Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi;
- Ekoloji normativ sənədlərin hazırlanması;
- Ətraf mühitin mühafizəsi sahəsində statistikanın aparılması;
- Beynəlxalq standartların tələbləri;
- Tullantıların idarə olunması sistemi
Tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil ;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Sərbəst rus dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Yerli və beynəlxalq sertifikatlarını olması üstünlükdür
Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.