Azərbaycan Dəmir Yolları
Sərnişin vaqon bələdçisi
Son tarix 11 fev 2024 - Müraciət et
İşin təsviri:
- Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
- Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
- Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
- Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
- Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
- Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
- Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
- Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
- Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
Tələblər:
- Orta təhsil ;
- İngilis dili – yaxşı, rus dili – yaxşı ;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, müştəriyönümlülük kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
- Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
- Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
- Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər; Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
- İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər
Əmək şəraiti:
- İş qrafiki – növbəli;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Qeyd: Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik edən, yolda uzun müddət xidmət edə bilən xanım namizədlərə üstünlük veriləcəkdir