Azerbaijan Airlines
Uçuş heyətinin təlimlərinin planlaşdırılması üzrə mühəndis
Son tarix 09 fev 2026 - Müraciət et
Təsvir
- Uçuş heyətinin yerüstü (classroom), simulyator və uçuş təlimlərinin illik və dövri planlarının hazırlanması və icrasına nəzarət etmək;
- Təlimlərin vaxtında və təsdiq olunmuş proqramlara uyğun keçirilməsini təmin etmək məqsədilə uçuş heyətinin kurslara cəlb olunmasına nəzarət etmək;
- Uçuş heyətinin sayına və ehtiyaclara uyğun olaraq trenajor mərkəzlərində simulyator slotlarının sifariş edilməsini təşkil etmək;
- Sifariş olunmuş trenajor slotlarının düzgün istifadəsinə, icrasına və dəyişikliklərin operativ idarə olunmasına nəzarət etmək;
- Simulyator və uçuş təlimlərinin planlaşdırılması və koordinasiyasını müvafiq təlim mərkəzləri, instrukturlar və daxili struktur bölmələri ilə birgə həyata keçirmək;
- Sinif (yerüstü) təlimləri üçün təlim otaqlarının planlaşdırılmasını və istifadəsini təşkil etmək;
- Ölkəxarici təlimlərin planlaşdırılmasını həyata keçirmək, ezamiyyət proseslərini (sənədləşmə, qrafik, koordinasiya) təşkil etmək və keçirilən təlimlərə nəzarət etmək;
- Bütün növ kurslar və trenajor məşğələləri üzrə məlumatların müvafiq kompüter proqramlarında və məlumat bazalarında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
- Təlimlərlə bağlı sənədlərin, sertifikatların və hesabatların uçuş heyətinin şəxsi işlərində normativ tələblərə uyğun şəkildə saxlanılmasına nəzarət etmək;
- Keçirilmiş bütün təlimlər üzrə dövri və tələb əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
- Təlim planlaşdırılması prosesində tətbiq olunan qayda və prosedurların daim aktual saxlanılmasına dəstək vermək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
- İş rejimi: 5 günlük qrafik 09:00-18:00
- Qeyd: Milli Aviasiya Akademiyası məzunlarına üstünlük verilir.
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










