Azerbaijan Airlines
Büdcə və Proqnozlaşdırma şöbəsi/ İqtisadçı
Son tarix 02 iyl 2025 - Müraciət et
Təsvir
- Fəaliyyət planı və strateji hədəflərə uyğun olaraq dövri və illik büdcə hesabatlarının tərtibi və optimallaşdırılması;
- Qısamüddətli və uzunmüddətli maliyyə proqnozlarının hazırlanmasında iştirak;
- Büdcə göstəricilərinin faktiki nəticələrlə müqayisəli təhlili və əsas fərqlərin izah edilməsi;
- Maliyyə və iqtisadi göstəricilər əsasında performans nəticələrinin analizi və trendlərin müəyyən olunması;
- İnvestisiya proyektlərinin təhlili və izlənməsi;
- Büdcə modellərinin qurulması, risklər və imkanlar əsasında alternativ büdcə ssenarilərinin işlənməsi və stress test modellərinin hazırlanması;
- Vizuallaşdırılmış idarəetmə hesabatlarının hazırlanması.
Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək;
- Təcrübə: Büdcə planlaşdırılması, Maliyyə modellərinin qurulması, Maliyyə və ya İdarəetmə hesabatlarının hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi;
- Sertifikatlar: CFA Level I və ya ACCA (xüsusilə F5, F7, F9);
- Kompüter bilikləri: MS Excel (nested functions, Power Query, VBA), PowerPoint;
- Yumşaq Bacarıqlar: Analitik düşüncə, effektiv kommunikasiya və təqdimat bacarıqları.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.