Azerbaijan Airlines
Layihələrin idarəedilməsi üzrə kiçik mütəxəssis
Son tarix 05 dek 2025 - Müraciət et
Təsvir
- Layihə menecerlərinin gündəlik fəaliyyətinə inzibati və əməliyyat dəstəyi göstərmək;
- Layihələrin planlaşdırılması, icrası və monitorinqi üzrə sənədləşmə işlərinin aparılması;
- Layihə planları, qrafikləri, hesabatlar və təqdimatların hazırlanmasında iştirak etmək;
- Layihə gedişatının monitorinqi, risklərin və dəyişikliklərin müəyyənləşdirilməsinə və izlənilməsinə dəstək olmaq;
- Görüşlərin təşkili, iclas protokollarının və layihə reyestrlərinin aparılması;
- Daxili və xarici tərəfdaşlarla yazışmaların, təqdimatların və digər iş materiallarının hazırlanmasına kömək göstərmək;
- Layihələrdə büdcə və xərclərin icrasının izlənilməsinə dəstək olmaq;
- Layihə menecmenti alətləri (MS Excel, PowerPoint, Trello və s.) vasitəsilə hesabatların hazırlanmasında iştirak etmək;
- Maraqlı tərəflər arasında effektiv ünsiyyətin qurulmasına dəstək olmaq;
- Layihə nəticələrinin monitorinqi və təhlilində iştirak etmək.
Tələblər
- Təhsil: Ali təhsil - layihə idarəetməsi, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqədar sahə üzrə;
- İş təcrübəsi: müfaviq sahədə minimum 1 – 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – yaxşı səviyyədə;
- Proqram bilikləri: MS Word, Excel, PowerPoint, Outlook, layihə idarəetmə alətləri (Trello, Jira, Monday.com);
- Güclü yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Dəyişikliklərə tez uyğunlaşma və öyrənmə istəyi;
- Komandada effektiv işləmə bacarığı;
- Yüksək məsuliyyət hissi və təşəbbüskarlıq.
İş şəraiti:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- 09:00-dan 18:00-a qədər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













