Azerbaijan Airlines
Satış və Əməkdaşlıq İdarəsi/Agentliklərlə iş üzrə satış mütəxəssisi
Son tarix 23 okt 2025 - Müraciət et
Təsvir
- Satış strategiyalarının hazırlanmasını və həyata keçirilməsini dəstəkləmək;
 - Xarici ve yerli tərəfdaşlarla əlaqələr qurmaq və saxlamaq;
 - Bazarlarda inkişaf imkanlarını müəyyən etmək üçün bazar tendensiyaları və müştəri üstünlüklərini təhlil etmək;
 - Tətəfdaşlar üçün promosyon kampaniyalarının hazırlanmasında marketinq və satış komandaları ilə əməkdaşlıq etmək;
 - Tərəfdaşlarla müqavilələrin və razılaşmaların idarə olunmasına yardım etmək;
 - Satışların fəaliyyəti və bazar şərtləri barədə mütəmadi məlumatları Yerli Satış Rəhbərinə təqdim etmək.
 
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr)
 - Satış və ya müştəri idarəçiliyi sahəsində ən azı 2 illik təcrübə.
 - Aviasiya üzrə praktiki biliklər: IATA qaydaları, GDS sistemləri, bronlaşdırma prosesi;
 - Satış bacarıqları ilə yanaşı, bronlaşdırma və tarif siyasəti üzrə anlayış;
 - Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
 - Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
 - Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
 - Danışıqların aparılması bacarığı;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Rəqəmlərlə işləmək bacarığı, təqdimat bacarıqları;
 - Microsoft Office proqramları – PowerPoint (yüksək), MS Excel, MS Word, PowerBi proqramı;
 - Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis (yüksək), Rus dili (üstünlükdür).
 
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







