Azera Holding
Satış meneceri
Son tarix 22 fev 2026 - [email protected]
AZERA Holding MMC tərkibindəki Global Cert MMC-də Satış meneceri vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Müştəri bazasının genişləndirilməsi: Yeni yerli və xarici müştərilərin tapılması, potensial tərəfdaşlarla əlaqələrin qurulması.
- Xidmətlərin təqdimatı: Şirkətin təqdim etdiyi sertifikatlaşdırma xidmətləri (İSO 9001, 14001, 45001 və s.) barədə ətraflı məlumat verilməsi.
- Görüşlərin keçirilməsi: Potensial müştərilərlə həm onlayn, həm də üzbəüz görüşlərin təşkili və təkliflərin təqdim edilməsi.
- Müqavilələrin bağlanması: Satış prosesinin sonlandırılması və sənədləşmə işlərinin izlənilməsi.
- Hesabatlılıq: Görülən işlər barədə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya Texniki sahələr üstünlükdür).
- Təcrübə: B2B satış sahəsində ən azı 1-2 il təcrübə (Sertifikatlaşdırma və ya konsaltinq sahəsində təcrübə böyük üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dili (arzuolunandır).
- Yüksək ünsiyyət bacarığı: Müştəriləri razı salma və təqdimat bacarığı.
- Analitik düşüncə: Bazarın təhlili və rəqiblərin izlənilməsi bacarığı.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirlmə
- Əmək haqqı: 800-1200 AZN
CV-nizi “Satış meneceri” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Baş Xəzinədar
Son tarix 22 fev 2026 [email protected]
“AZERA Holding” MMC tərkibindəki BMP QSC-də Baş Xəzinədar üzrə vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Kassa aparatlarının düzgün və qaydalara uyğun işləməsinə nəzarət
- Günlük kassa açılışı və bağlanışını həyata keçirmək
- Nağd pul, kart və digər ödənişlərin düzgün yoxlanılması
- Kassadakı pul qalığını yoxlamaq və hesabat aparmaq
- Günlük hesabatların göndərilməsi
- Artıq və ya əskik pul hallarında akt tərtib etmək və kassaya mədaxil etmək.
- Pul və qiymətli sənədlərin təhlükəsizliyini təmin etmək
- Həkimlərə və işçilərə aylıq əmək haqqıların verilməsi
- Gündəlik olaraq kassaya mədaxil və məxariclərin edilməsi və sistemə işlənilməsi
- Digər kassirlərin işinə nəzarət və koordinasiya
- Kassirlərə iş bölgüsü aparmaq
- İş qaydalarının pozulması hallarında rəhbərliyə məlumat vermək
- Qaytarma və endirim əməliyyatlarını qaydalara uyğun icra etmək
Tələblər:
- Ali təhsil
- Minimum 2 il
- Mühasibatlıq üzrə təlimlər üstünlükdür.
- Azərbaycan dili səlis, rus dili arzu olunandır
- Ofis proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 1200 AZN (NETT)
- İş qrafiki: 6 günlük
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməniz xahiş edilir.
Baş Həkimin müavini
Son tarix 22 fev 2026 [email protected]
“AZERA Holding” MMC tərkibindəki klinikada Baş Həkimin müavini vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Müəssisədə tibbi xidmətin düzgün təşkili və keyfiyyətinə nəzarət.
- Şöbə müdirləri və həkim heyətinin fəliyyətini əlaqələndirmək
- Müalicə-diaqnostik proseslərin protokollara uyğun həyata keçirilməsini təmin etmək.
- Səhiyyə Nazirliyinin göstəriş və təlimatlarına uyğun fəaliyyət təşkil etmək
- Tibbi sənədlərin (xəstəlik tarixçəsi, epikrislər, jurnalları və.s ) düzgün aparılmasına nəzarət.
- Narkotik və psoxotrop dərmanların hərəkətinə nəzarət
- Xəstəlik vərəqlərinin imzalanması
- Vətəndaşların müraciətlərini araşdırmaq və cavablandırmaq
- Hüquq-mühafizə orqanlarından gələn sorğuları cavablandırmaq
- Tibbi statistikanın aparılması.
- Səhiyyə Nazirliyinə statistik məlumatların təqdim etmək (ay, illik)
- İnfeksion nəzarət tədbirlərin görülməsini təşkil etmək
- Nəsimi Rayon Gigiyena və Epidemiologiya mərkəzi ilə əlaqəli iş qurulması.
Tələblər:
- Ali tibb təhsili
- Səhiyyə idarəçiliyi, tibbi xidmətlərin təşkili
- Azərbaycan dili səlis, Rus dili üstünlükdür
- MC Ofiice proqramlarında sərbəst işləmək
- Araşdırmaq və yenilikləri təhlil etmək bacarığı
- Məsuliyyətli, analitik düşüncəli, liderlik və təşkilatçılıq bacarığı olan, ünsiyyətcil, etik davranış qaydalarına əməl edən, stressə davamlı
- Qadın- Kişi (30-55 yaş)
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı 2000 AZN
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adını mövzu hissəsinə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.











