Azera Holding
İctimaiyyətlə əlaqələr üzrə menecer
Son tarix 28 noy 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- PR strategiyanın hazırlanması;
- Kontent üzrə təkliflərin hazırlanması və razılaşdırılması;
- Media ilə iş;
- Sosial şəbəkələrin və rəsmi saytın idarə olunması;
- Çəkilişlərin təşkili;
- Press relizlərin hazırlanması;
- Təbliğat – təşviqat işinin planlaşdırılması.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- Kompüter bilikləri: Ofis proqramları
- Komandada işləmə bacarığı, çevik, təşəbbüskar, korporativ müştərilər ilə işləmə bacarığı
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: Razılaşdırılma yolu ilə
- Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu, Ələsgər Qayıbov 1222
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir
Layihə koordinatoru
Son tarix 28 noy 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələrin qiymətləndirilməsi, hazırlanması, icrası və prosesin gedişatına nəzarət etmək;
- Layihə meneceri və digər idarə heyəti üzvləri tərəfindən verilən tapşırıqların icrası;
- Layihə planlarının, vaxt cədvəllərinin və son tarixlərin hazırlanmasında köməklik göstərmək;
- Layihələrin irəliləməsini izləmək və onların cədvələ uyğun davam etməsində layihə rəhbərinin tapşırıqlarını yerinə yetirmək;
- Görüşlərin planlaşdırılması və kommunikasiyanı (e-poçtlar, zənglər) idarə etmək;
- Team görüşləri, tədbirlər, mərasimlər kimi ofis tədbirlərini təşkilinə dəstək;
- Ofisin gündəlik fəaliyyətinə nəzarət etmək və idarə etmək;
- Yaranan problemlərin və maneələrin həllində kömək etmək;
- Tədqiqat qrupu üzvlərinin və digərlərinin ehtiyaclarına uyğun təklif və rəylərin layihə menecerinə çatdırılması;
- Müqavilələr, hesabatlar və cədvəllər kimi layihə sənədlərini yeniləmək və saxlamaq;
- Müqavilə layihələrinin hazırlanması – hüquqi sənədlərin ilkin versiyasının nəzərdən keçirilməsinə dəstək göstərmək;
- Görüşlərin protokolları, idarə heyəti üzvləri üçün hesabatlar da daxil olmaqla təşkilat sənədlərini saxlamaq;
- Layihələrin icrası zamanı büdcə idarəetməsi ilə bağlı bakı nümayəndəliyini məlumatlandırmaq və onların təsdiqini almaq;
- Mühasib ilə aylıq və digər ödənişlər haqqında ünsiyyət qurmaq;
- Layihələr və ofis xərcləri ilə bağlı maliyyə hesabatlarının hazırlanması.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- Kompüter bilikləri: Ofis proqramları
- Komandada işləmə, nəzarət, idarəetmə bacarığı, çevik, təşəbbüskar
- Layihə idarə etməsi üzrə sertifikatlar üstünlükdür.
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: Razılaşdırılma yolu ilə
- Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu, Ələsgər Qayıbov 1222
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.