Azera Holding
İcraçı direktor müavini
Son tarix 14 dek 2025 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki “Katan Tekstil” MMC-də İcraçı direktor müavini vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin idarə edilməsi və optimallaşdırılması.
- İstehsal proseslərinin, resursların və işçi heyətinin effektiv idarə olunması, məhsuldarlığın artırılması.
- Keyfiyyət standartlarına və bazar tələblərinə uyğun məhsul istehsalının təmin edilməsi, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi.
- İstehsalatda innovativ həllərin tətbiqi ilə xərclərin azaldılması və effektivliyin artırılması.
- Şirkətin maliyyə fəaliyyətlərinə nəzarət, büdcə planlaması və icrasının təmin edilməsi.
- Müəssisənin inkişaf planlarının hazırlanması və strateji qərarların icrası.
- Biznes əlaqələrinin genişləndirilməsi, tədarükçülər, müştərilər və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqların qurulması.
- İnsan resurslarının idarə edilməsinə dəstək və işçi heyətinin təlim və inkişafı üçün şəratin qurulmasının tətbiqi.
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi və risklərin idarə olunması və korporativ siyasətlərin icrasına nəzarət.
Tələblər:
- Ali Təhsil ( İqtisadiyyat, biznesin idarə edilməsi, istehsalın idarə edilməsi)
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi ( Tekstil və ya istehsala sahəsində iş təcrübəsi).
- Azərbaycan, rus və ingilis dilləri
- MC Office, 1C proqram biliyi
- Güclü liderlik və idarə etmə bacarığı , detallara diqqət, məsuliyyətli.
- Komandada işləmək və gərgin iş şəraitinə uyğunlaşma qabiliyyəti.
- Certified Textile Professional (CTP), Project Management Professional (PMP), Six Sigma (Green/Black Belt) sertifikatları üstünlükdür.
- Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşdırılma
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Planlama üzrə mütəxəssis
Son tarix 14 dek 2025 - [email protected]
“AZERA Holding”MMC tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC-də Planlama üzrə mütəxəssis vakansiyasını elan edir.
İş haqqında məlumat:
- İstehsal və xidmət prosesləri üzrə tələbatların proqnozlaşdırılması, resursların (işçi qüvvəsi, material, avadanlıq, zaman) balanslı bölüşdürülməsi və icra planlarının (həftəlik/aylıq) hazırlanması
- İşçi qüvvəsi planı və növbə-cədvəllərinin tərtibi
- Material ehtiyat planlaması, minimum-stok səviyyələri, “safety stock” hesablamaları.
- Satınalma və logistika ilə sinxron plan (lead-time, lot-size, tədarük riskləri).
- Risklərin plan üzrə idarəsi.
- İdarəetmə paneli və hesabatların hazırlanması
- Sistemlərində məlumatların dəqiqliyinin nəzarəti.
- Daxili prosedur icrasına nəzarət, proseslərin fasiləsiz yaxşılaşdırılması
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes analitika, Sənaye mühəndisliyi, Riyaziyyat və ya uyğun sahə)
- Azərbaycan dili səlis, rus dili arzuolunandır
- Planlama, WFM (workforce management), istehsal, tekstil/satış planlaması üzrə ən azı 2–3 il iş təcrübəsi
- MC Office və 1C proqramlarında işləmə bacarığı
- İdarəetmə bacarığı yüksək, dəqiq və punktual,məsuliyyətli,riyazi biliklərin olması arzuolunandır
- Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşdırma
Müraciət üçün: CV-nizi “Planlama üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Anbar üzrə operator
Son tarix 14 dek 2025 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki müəssisələrdə Anbar üzrə operator vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Daxil və xaric olan malların 1C sisteminə daxil edilməsini təmin etmək;
- Təhvil-təslim aktlarını və mal qaimələrini düzgün tərtib etmək;
- Anbar daxilində məhsul və material hərəkətini uçota almaq;
- Məhsul qalığı və hərəkətinə dair gündəlik hesabatları təqdim etmək;
- Rəhbərliyin tələbinə uyğun anbar hesabatını təqdim etmək
Tələblər:
- Orta ixtisas
- Müvafiq sahə üzrə 1 il iş təcrbüəsi ( anbar və logistika)
- Azərbaycan dili səlis
- MC Office, 1C proqram biliyi
- Diqqətli, məsuliyyətli, komanda ilə işləmə bacarığı olan
- Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: 800 AZN (Nett)
- Ünvan: Bakı, Xəzər rayon, Buzovna qəsəbəsi
- Nahar və servislə təmin olunur.
CV-nizi “Anbar üzrə operator” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Aparıcı Mühasib
Son tarix 13 dek 2025 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki “KRAUN KO -R” MMC-də Aparıcı Mühasib vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun tam və dəqiq aparılmasına dəstək göstərmək.
- Xüsusilə istehsalatın uçotu, maya dəyərinin (kalkulyasiyasının) hesablanması, xammal, hazır məhsul və əsas vəsaitlərin hərəkətinin uçotunu aparmaq.
- Vergi bəyannamələrinin (ƏDV, Mənfəət, ÖMV, Sadələşdirilmiş və s.) vaxtında və düzgün hazırlanaraq aidiyyatı orqanlara təqdim edilməsini təmin etmək.
- Bank əməliyyatlarına nəzarət etmək, debitor və kreditor borclarının uzlaşdırılmasını və uçotunu aparmaq.
- Kassa əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək.
- Daxili maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
- Müvafiq sahədə (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat) Ali Təhsil.
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi (İstehsalat, xüsusən də Kənd Təsərrüfatı və ya Taxılçılıq sahəsində təcrübə üstünlükdür).
- Azərbaycan Respublikası Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər üstenlükdür
- 1C Mühasibat Proqramında (xüsusilə istehsalat modulunda) və MS Office proqramlarında (xüsusilə Excel-də yüksək səviyyədə) işləmək bacarığı.
- Analitik düşüncə, detallara diqqət, məsuliyyətli və qərar vermə bacarığı.
- Komandada işləmək və gərgin iş şəraitinə uyğunlaşma qabiliyyəti.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşdırılma
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.













