Azera Holding
İşə qəbul üzrə baş mütəxəssis
Son tarix 02 mar 2026 - [email protected]
“AZERA Holding” MMC İşə qəbul üzrə baş mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Holdingə daxil olan şirkətlərin işə qəbulu
- Şirkətin bütün struktur bölmələri üzrə işə qəbul prosesinin idarə olunması
- Vakansiyaların analizi, iş təsvirlərinin hazırlanması və yenilənməsi
- Namizədlərin cəlbi, ilkin seçim, müsahibələrin təşkili və keçirilməsi
- Müsahibə nəticələrinin dəyərləndirilməsi və rəhbərliyə təqdim olunması
- İşə qəbul prosesinin təkmilləşdirilməsi və HR siyasətinə uyğunlaşdırılması
- Namizəd bazasının idarə edilməsi və yenilənməsi
- Adaptasiya prosesinin koordinasiyası və yeni işçilərin inteqrasiyasına dəstək
- İşə qəbul göstəricilərinin hazırlanması və aylıq hesabatların təqdim edilməsi
Tələblər:
- İnsan resursları, idarəetmə və ya müvafiq sahə üzrə ali təhsil
- İşə qəbul sahəsində minimum 3 il təcrübə (korporativ mühitdə üstünlükdür)
- Güclü müsahibə aparma bacarığı və namizəd qiymətləndirmə metodologiyalarını bilmə
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dili arzuolunandır
- MS Office proqramlarında sərbəst işləmə
- Yüksək kommunikasiya, analitik düşüncə və problem həll etmə bacarıqları
- Vaxtın idarə edilməsi və çoxşaxəli tapşırıqlarla işləmə bacarığı
- Təhsil: Ali
- Analitik düşüncə və təhlil qabiliyyəti
İş şərtləri:
- İş qrafiki: 5 günlük
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əməkhaqqı 1300 AZN
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elekron poçt ünvanına göndərməniz xahiş edilir.











