Azera Holding
Təchizatçı
Son tarix 03 avq 2025 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki AZEMAL MMC-də Təchizatçı vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
- İllik satınalma planının hazırlanması;
- Təchizat üzrə materiallara olan daxili tələbləri öyrənilməsi, ən münasib tenderlərin, təchizat üzrə təkliflərin hazırlanması;
- Sifarişlə bağlı tələbləri emal etmək, alınan malın vaxtında çatdırılmasını, alıcının texniki şərtlərinə cavab verməsini təmin etmək;
- Xarici və daxili bazarı yaxşı bilmək;
- Təchizat fəaliyyətinə və təşkilatın prosedurlarına uyğun olaraq təkliflər etmək;
- Tender qiymətləndirmə planına, təşkilatın siyasət və prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılmasılmasına nəzarət etmək;
- Müəssisənin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində təchizat prosesini yekunlaşdırmaq;
- Təchizat prosesinin tələb olunan keyfiyyət standartlarına və təchizat məqsədlərinə cavab verməsini təsdiq etmək üçün yoxlama təşkil etmək;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- MC Office, 1C proqram biliyi
- Komandada işləmə bacarığı, çevik və punktual
- Süd məhsullarının istehsalı sahəsi üzrə təcrübəsi olan namizədlərin cv-ləri dəyərləndiriləcək.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 1200-1500 AZN (nett)
- Naharla təmin olunur.
- İş yeri: Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi
Müraciət üçün: CV-nizi “Təchizatçı” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .