AZBA Audit and Business Services LTD” MMC
SƏTƏM üzrə mühəndis
Son tarix 18 noy 2024 - [email protected]
Vəzifə və öhdəliklər:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
- Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi;
- Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili;
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi;
- İşlə əlaqədar xəsarətlər, zədələnmə və xəstəliklər üzrə önləyici tədbirlərin görülməsi;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi;
- İlkin yardımın əsasları, ilkin xilasətmə üzrə təlimatların keçirilməsi;
- Materialların Təhlükəsizliyi barədə Məlumat Vərəqələrinin hazırlanması (MSDS);
- Ətraf mühitin, tullantıların idarəedilməsi;
- İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
- Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması;
- İşə qəbul olunanlarla giriş təlimatının aparılması, SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsi;
- Tibbi müayinədən keçirilməsinə ehtiyayc olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
- İş yerlərinin attestasiyası prosesinin təşkili və idarəedilməsi;
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi.Vakansiya üzrə tələblər
- Ali təhsilinin olması;
- FHN sertifikatı və digər uyğun serifikatlar;
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Dil bilikləri – Azərbaycan dili – səlis, inglis dili - orta səviyədə;
- Stressə davamlı, məsuliyyətli və intizamlı.
Şərtlər:
- Ə/H - 1500 -1700 AZN ( NET) - mükafat/ bonuslar nəzərdə tutulub
- İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür
- İş vaxtı: həftə içi 5 iş günü, saat 09:00-dan - 18:00-dək
CV-ləri elektron poçt ünvana göndərəbilərsiniz.