Az - Granata LLC
Meyvə şirələri istehsalı üzrə Baş texnoloq
Son tarix 21 iyl 2025 [email protected]
Vəzifəyə aid öhdəliklər:
- Məhsulların texnologiyasının təkmilləşdirilmək, qabaqcıl əsas texnologiyaları, texnoloji sistemlərin dizaynını və tətbiqini etmək, istehsal proseslərinin inteqrasiya mexanizasiyasını və avtomatlaşdırılmasını, texnoloji avadanlığı, avadanlıqların istifadəsi standartlarını uyğunlaşdırmaq;
- Məhsulların keyfiyyətinə nəzarət üsullarını yaxşılaşdırmaq;
- Məhsulun tərkibini, sənaye və dövlət standartlarının dizaynlarını, həmçinin istehsal texnologiyası ilə bağlı ən mürəkkəb təkliflərini vermək;
- Yeni texnologiya proseslərin inkişaf sahələrinin planlaşdırılması işini aparmaq;
- Xammal, əsas və köməkçi materiallar, yarımfabrikat məhsulların inkişaf etmək;
- İstehsalatda proqressiv texnoloji proseslərin inkişafının sürətləndirilməsi məqsədi ilə tədbirlər görmək;
- İstehsal proseslərinin və istehsal rejimin tənzimlənməsi üçün texniki sənədlərin təhlilini və orada dəyişiklərin aparılmasını təmin etmək;
- İstehsalda texnoloji hazırlığının mövcud və gələcək planların həyata keçirilməsi, texnoloji proseslərə ciddi riayət olunması, texnoloji intizam pozuntularını aşkar edilməsinə və onları aradan qaldırılması üçün tədbirlər görmək;
- Yeni texnoloji proseslərin inkişafı üzrə tədqiqat işlərin aparılmasında iştirak etmək, istehsalın avtomatlaşdırılmasına, avadanlıqların işlənib, hazırlanmasına dair komissiyaların işində iştirak etmək.
Namizədə tələblər:
- Ali texniki təhsil;
- Ən azı 2 il şirə istehsalı sahəsində texnoloq kimi iş təcrübəsi;
- Azərbaycan dilndə sərbəst danışmaq. Rus dili biliyi arzuolunandır;
- Sənayedə və müəssisədə istehsalın texnoloji hazırlığının təşkilini bilmək;
- Texniki sənədlərin hazırlanması və icrası üçün qaydaları, təlimatları və digər göstərişləri bilmək;
- İşgüzar etik qaydalara riayət etmək;
- MS Office proqramlarında sərbəst işləyə bilmək bacarığı;
- Komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
- İş yeri – Ağsu şəhəri;
- 5 günlük iş qrafiki;
- Qalmaq yeri təmin olunur;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Baş Texnoloq" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.