Az - Granata LLC
Kiçik maliyyə analitiki
Son tarix 11 dek 2024 - [email protected]
İş barədə məlumat:
- Günlük və aylıq satış datalarının təhlilində və satış hesabatlarının hazırlanmasında analitika komandasına köməklik etmək;
- Aylıq istehsal dataları əsasında maya dəyərinin təhlilində iştirak etmək;
- Malların marjinallığının hesablanmasında iştirak etmək;
- Büdcə hesabatlarının hazırlanmasında maliyyə analitikına köməklik etmək;
- Debitor və kreditor borcların təhlilində iştirak etmək.
Tələblər:
- İnformasıya Texnologiyası, İqtisadiyyat, Maliyyə, Statistika,Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə bakalavr təhsili;
- MS Office (xüsusilə Excel) orta səviyyədə işləmək bacarığı;
- Məsuliyyətli və detallara diqqət yetirmə bacarığının olması;
- Komanda daxili və digər struktur komandalar ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dilləri orta səviyyədə.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 1000 – 1200 Azn aralığındadır və namizədin bilikləri əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Kiçik maliyyə analitiki" yazmaqla elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.