Avrora
Baş mühasib
Son tarix 12 yan 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Salınalma əməliyyatları və üzləşmələrə nəzarət edir;
- İstehsalatın uçotuna nəzarət edir;
- İnventar hərəkətləri və qalıqların düzgünlüyünə nəzarət edir;
- Satış əməliyyatlarının uçotuna nəzarət edir;
- Pul vəsaitlərinin hərəkətinə nəzarət edir;
- Ay bağlanması, maya dəyərini hesablayır;
- Müvafiq maliyyə hesabatlarını hazırlayır ( Mənfəət-zərər, Maliyyə vəziyyəti haqqında və Pul vəsaitlərinin hərəkəti haqqında hesabat)
Tələb olunan bilik və bacarıqlar:
- Logo Tiger proqramı üzrə yüksək biliklər;
- Yaxşı səviyyədə Excel bilikləri;
- ACCA MA və FA sertifikatlarının olması üstünlükdür;
- Əmək və vergi qonunvericiliyi bilikləri olması arzuolunandır.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi: Maliyyə rəhbəri vəzifəsində minimum 3 il, istehsal müəssisəsində 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: 6 günlük iş qrafiki;
- İş saatları: 09:00-17:00;
- İş yeri: Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Balaxanı Sənaye Parkı"
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.











