Avant Group MTK
Korporativ hüquq şöbəsinin müdiri
Son tarix 10 iyl 2024 - [email protected]
Tələblər:
- Ali hüquqi təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini dilən namizədlərə üstünlük verilir);
- Korporativ hüquq sahəsində 5 il təcrübəsi, bundan minimum 2 il hüquq işləri üzrə menecer/söbə müdiri ;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını bilməli;
- Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
- Komandada işləmək bacarığı.
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- Məsuliyyətlilik;
- Ünsiyyət qurmaq bacarığı;
- Sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili təlimat, qayda və prosedur layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
- Qanunvericilik aktlarının və şirkətdaxili normativ sənədlərinin uçotunu aparmaq;
- Şirkətin aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
- Şirkətdaxili hüquqi sənədlərin sistemləşdirilməsi və uçot qaydalarını həyata keçirmək;
- Təsisçilərin Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
- Şirkətin hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
- Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
- Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
- Şirkət rəhbərliyinə hesabatların verilməsi
İş şəraiti:
- İş saatı: 09-30-dan 18-30-dək;
- İstirahət: Şənbə və bazar günü.
- İş yeri – Çiraq Plaza
- Nahar şirkət tərəfindən verilir.
- Korporativ nömrə verilir.