ATS Food
Soyutma və havalandırma sistemi üzrə mühəndis
Son tarix 21 dek 2025 - [email protected]
Vəzifə öhdəliyi:
- Alətlər və psixrometrik cədvəllərdən istifadə edərək müəssisənin binalarında müəyyən bir temperatur və havanın rütubətini qorumaq üçün havalandırma və kondisioner sistemlərinin tənzimlənməsi;
- Yoxlama, təmizlik, qızdırıcılar və nasosların təmirində iştirak, avtomatik idarəetmə cihazlarının vəziyyəti və istismarına nəzarət;
- Yanlış işləyən nozzlərin dəyişdirilməsi və psixrometrlərin yenidən yüklənməsi;
- Psixrometr oxunuşlarını qeyd etmək üçün jurnal tərtib etmək;
- Havalandırma və nəmləndirmə avadanlıqlarını işə salmaq və dayandırmaq;
- Boruların quraşdırma sahəsinə daşınması zamanı yükləmə və boşaltma;
- Soyutma və havalandırma sistemlərinin sökülməsi, təmiri, montajı, quraşdırılması və istismarı;
- Texniki şərtlərə uyğun temperatur və rütubətin tənzimlənməsi;
- Təmir üçün qüsur hesabatlarının tərtib edilməsini, havalandırma və nəmləndirmə qurğularının və avtomatik idarəetmə cihazını, dizaynını və iş prinsipini bilməlidir;
- İstehsal sexlərində rütubət və temperatur parametrlərini bilməli;
- Psixrometrlərin quraşdırılması və doldurulması qaydalarını bilməli;
- Havanın nəmlik göstəricilərini təyin etmək üçün qaydalarını bilməli;
- Havalandırma və nəmləndirmə qurğularının təmizlənməsi rejimini bilməli;
- Yerdən idarə olunan sadə qaldırıcı qurğularla malların qaldırılması və daşınması qaydalarını bilməli;
Namizədə tələblər:
- Ali təhsil: Texniki sahə üzrə (Mühəndislik üzrə olması üstünlükdür)
- İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə
- Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (orta), rus dili (orta) bilməsi əlavə üstünlükdür .
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: 1200 AZN Net
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi sığorta
- Servis ilə təmin edilmə
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Soyutma və havalandırma sistemi üzrə mühəndis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər











