Ateshgah Sigorta
Product Marketinq Menecer
Son tarix 07 iyn 2025 - Müraciət et
Təsvir
- Rəqiblərin məhsullarını, qiymət siyasətini və marketinq strategiyalarını təhlil etmək.
- Bazar təhlili/Müştəri ehtiyaclarını və bazar tendensiyalarını izləyərək yeni sığorta məhsullarının yaradılması və ya mövcudların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
- Bazarda boşluqları və yeni imkanları müəyyənləşdirmək.
- Məhsulun hədəf auditoriyasını müəyyənləşdirmək və seqmentasiya aparmaq.
- Məhsul mövqeləndirilməsi: Bazardakı rəqiblərlə müqayisədə sığorta məhsullarının üstünlüklərini önə çıxarmaq və düzgün mövqeləndirməni təmin etmək.
- Məhsulun bazarda hansı üstünlüklərlə təqdim olunacağını müəyyənləşdirmək
- Məhsulun tanıdılması üçün marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək.
- Yeni məhsulun bazara çıxarılması üçün (product launch) strategiyalar qurmaq.
- Satış nəticələrini təhlil etmək və məhsulun bazardakı performansını qiymətləndirmək.
- KPI-lərə əsasən məhsul marketinq kampaniyalarının uğurunu ölçmək (ROI, dönüşüm nisbətləri, bazar payı və s.).
- Məhsulun bazara çıxarılması, inkişaf mərhələsi, böyümə və olgunluq dövrləri üçün fərqli marketinq planları hazırlamaq.
- Məhsulun həyat dövrünə uyğun təkrar yerləşdirmə (repositioning) və ya yenidən markalaşma (rebranding) strategiyalarını hazırlamaq.
- Yeni sığorta məhsulları və sığorta proqramları işləyib hazırlamaq və tətbiq etmək.
- Satış dəstəyi: Satış komandası ilə koordinasiyalı işləyərək onların marketinq ehtiyaclarını vaxtında və keyfiyyətli təmin etmək.
Tələblər
- Marketinq sahəsində ən azı 4-5 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)
- Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
- İnkişafa meyilli, məsuliyyətli və yaradıcı olmalı
- Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli və təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı olmalıdır.
- Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
- Dil bilikləri: Azərbaycan (əla), Rus(əla) və İngilis dilləri
- Lisenziya/Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Rəhbər
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.