AtaSığorta ASC
Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin mütəxəssisi
Son tarix 09 avq 2025 - [email protected]
Sığorta müqaviləsinin buraxılması üzrə:
- Daxil olan sorğuları Aktuar hesablamaların aparılması üzrə təlimat, Anderraytinq və Təkrarsığorta siyasətinin tələbinə uyğun qiymətləndirir və sığorta təklifini hazırlayır.
- Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edir.
- Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsini hazırlayır.
- Sığorta müqaviləsi üzrə sənədlərin tamlığını yoxlayır.
- Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlayır.
- Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsini təmin edir.
Biliklər:
- Ali təhsili (iqtisadiyyat, maliyyə, riyaziyyat üzrə təhsilə üstünlük verilir.) olmalıdır.
- Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmalıdır.
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı olmalıdır, İngilis dili biliyi zəruri, rus dili biliyi üstünlükdür.
- Kompüter biliyi olmalı, MS ofis proqramlarını bilməlidir (Word-orta, Excel-orta səviyyədə).
- Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı olmalıdır.
Təcrübə:
- Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi (arzuediləndir);
- Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır.
- Təqdimat bacarığı olmalıdır.
- Riyazi hesablama bacarığı olmalıdır.
Əmək şəraitinin şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Anderraytinq və Təkrarsığorta Departamentinin Ümumi Sığorta Şöbəsinin mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız uyğun olan şəxslər müsahibəyə dəvət olunacaqdır.