AT - Geotech MMC
Xüsusi texnikalara Texniki Qulluq bölməsinin başçısı
Son tarix 04 yan 2026 - [email protected]
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Xüsusi texnikalara Texniki Qulluq bölməsinin başçısı vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
- Qazma qurğularının(hidravlik və mexaniki) təmir və texniki baxış prosesinə rəhbərlik etmək.
- Ustaların iş bölgüsünü müəyyənləşdirmək və onların fəaliyyətinə nəzarət etmək.
- Qarajda və layihə sahəsində texniki işlərin təşkilinə qərar vermək.
- Qazma qurğularının daimi saz və işlək olmasını təmin etmək.
- Qaraj və sahədə baş verən nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılmasına cavabdeh olmaq.
- Ustaların işinin keyfiyyətinə,vaxtında icrasına və intizamına görə məsuliyyət daşımaq.
- Texniki problemləri vaxtında rəhbərliyə(N.Ş.R-nə) bildirmək və hesabat vermək.
- Avadanlıqların təhlükəsiz istismara hazırlanmasına və düzgün istifadəsinə görə cavabdeh olmaq.
Namizədə tələblər:
- Orta ixtisas təhsil və ya Ali təhsil;
- Müvafiq sahədə 5-8 il iş təcrübəsi;
- Qazma qurğularının təmiri ilə bağlı texniki biliyə malik olmalı;
- Usta heyyəti ilə işin təşkili, koordinasiya və rəhbərlik bacarığı;
- Təhlükəsizlik qaydalarının tələblərini bilməli və tətbiq etməli;
- Ezamiyyətə getmək və sahə şəraitində işləmək imkanı;
- Komanda işi, məsuliyyətlilik və nizam-intizam.
Əmək şəraiti:
- İş yeri: Hökməli
- İş saatı: 0 9:00-18:00
- Əmək haqqı:1000 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.











