ASET Maliyyə Texnologiyaları BOKT
Kredit mütəxəssisi
Son tarix 06 noy 2023 [email protected]
İşiniz nədən ibarətdir?
- Müştəri müraciətlərinin tam və dəqiq şəkildə analiz olunması;
- Portfel keyfiyyətinin idarə olunması;
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
- Görülmüş işlər üzrə hesabatlar vermək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək.
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.
Sizdən tələb olunanlar:
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə;
- Güclü analitik qabiliyyət, riyazi hesablama aparmaq və satış bacarığına nail olmaq qabiliyyəti;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət qurmaq bacarığı və komanda ilə işləməyə həvəsli;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
- Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
- Bank və BOKT sahəsində təcrübə üstünlükdür;
İş barədə məlumat:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı – 500-600 AZN