Araz Supermarket
Bank əməliyyatları üzrə mütəxəssis
Son tarix 17 apr 2025 - [email protected]
Öhdəliklər
- Yerli və xarici bank ödənişlərinin düzgün hesablar üzrə icrasını təmin etmək
- Bankda icra olunan bütün növ ödənişlərin-əmək haqqı, ezamiyyə, icarə, ticari və qeyri-ticari alt sənədlər ilə uyğunluğunu yoxlamaq
- Yük gömrük bəyannamələrinin bankda bağlanmasını təmin etmək və prosesi izləmək
- Bank əməliyyatlarının sistemə düzgün tanıdılmasını yoxlamaq, yaranmış yanlışlığı aradan qaldırmaq
- Gündəlik kassa və bank qalıqlarına nəzarət, doğruluğunu yoxlamaq
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Bank əməliyyatları üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.