Araz Supermarket
Aparıcı Təchizatçı
Son tarix 25 noy 2023 - [email protected]
Tələblər:
- Ali təhsil ;
- Yaxşı səviyyədə MS Office bilikləri ;
- Dil bilikləri Azərbaycan (İngilis dili- rus dili biliyi əlavə üstünlükdür);
- Təchizat sahəsində minimum 3 il iş təcrübəsi ( xüsusəndə FM istiqaməti üzrə);
- Komanda işi, çeviklik və uyğunlaşma qabiliyyəti, təşəbbüskar, yüksək ünsiyyət bacarığı;
- CIPS Advanced Certificate və ya CIPS Diploma sertifiikatların mövcudluğu əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Korporativ sosial məsuliyyəti/davamlılığa təsirin nəzərə alınması ilə yanaşı, ehtiyac və xərclərin effektivliyi üçün tələb edənlərin tələblərini sorğulamaq;
- Satınalma sifarişlərinin vaxtında icra edilməsi və bütün satınalmaların müvafiq qanun və siyasət qaydalarına uyğun olmasını təmin etmək;
- Şirkətin mənfəətini yaxşılaşdırmaq üçün xərclərə qənaət strategiyalarına təklif edilməsi və idarə edilməsi ;
- Fəaliyyəti, missiya ilə bağlı məqsədlər və son tarixlər haqqında hərtərəfli və ətraflı hesabatların yaradılması və paylaşılması;
- Xidmət müqavilələrində fəaliyyətin qiymətləndirilməsi və standartlaşdırma vasitəsilə tədarükçülərin idarə edilməsi;
- Müxtəlif təhlillərin aparılması, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Xərclər/Faydalar analizi, risklərin qiymətləndirilməsi və idarə olunması və s;
- Sifarişlərin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsini və icrasını təmin etmək;
- Satınalma sifarişləri üçün ixtisaslı təchizatçıların əvvəlcədən seçilmiş siyahısının hazırlanması və güncəllənməsi;
- Tender və Təkliflər sorğusu üçün sənədlərin hazırlanması ( Tender və təkliflər sorğusu iştirakçıları üçün təlimatlar, Müqavilə Forması, Ümumi Şərtlər Toplusu, Tender Formalar,Qiymətləndirmə Mexanizmi və s).
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı Təchizatçı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.