Araz Makina
Tender üzrə mütəxəssis
Son tarix 18 avq 2025 -[email protected]
İş yeri: Bakı Şəhəri,Ziya Bünyadov 2075
İş barədə məlumat:
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanmasını təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
- Tenderlər zamanı şirkəti təmsil etmək;
- Xarici, yerli şirkətlər və müştərilər ilə yazışmaların, danışıqların, aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
- Tender prosesisini icra etmək və nəzarətdə saxlamaq ;
- Potensial olan yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq;
- Tender üzrə tələb olunan sənədlərin, , müqavilələri, protokolların hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
- Tender prosseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Namizədə tələblər:
- Ali təhsil
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
- Tenderə dair sənədləşmənin yüksək səviyyədə aparılması
- Xarici tenderlərdə iştirak arzuolunandır
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli
- MS Excel, Power Point, Word yüksək səviyyədə bilməli
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
- Komandada işləmək bacarığına malik olmalı
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi - Cümə: 08:30 - 17:30
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Vakansiya üçün müraciət qaydası:CV-lərini mövzü yerində Tender üzrə mütəxəssis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz.