Aqrar İnnovasiya və Təchizat Şirkəti
Data Analitik
Son tarix 04 noy 2024 - [email protected]
Şirkət: Aqrar İnnovasiya və Təchizat Şirkəti
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil(İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində arzuolunandır);
 - Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə malik olmalı;
 - Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
 - Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
 - MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
 - SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
 - Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı.
 
Vəzifə öhdəlikləri:
- Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
 - Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi üzrə araşdırma edir;
 - Davranış modellərinə əsasən bazarın və satışıların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir;
 - Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif edir;
 - Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığına sahibdir;
 - Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləyir;
 - Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti var.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 1463-1674 AZN;
 - İş qrafiki: Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data analitik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







