Amper Elektrik
Aparıcı mühasib
Son tarix 07 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi
- Online kargüzarlıqdan daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların izlənməsi cavablandırılması
- ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək
- Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin yoxlanılması və qanunvericiliyin tələblərinə tam uyğun olmasına nəzarət etmək
- Mühasibatlıq əməkdaşlarının gündəlik işlərinin icrasına nəzarət etmək;
- İnventarlaşdırmada iştirak edilməsi;
- İstehsal xərclərinin uçotunu təşkil etmək.
- Mühasibatlıq ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 illik təcrübə;
- 1 C proqramından istifadə edə bilməlidir;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- Elektron portallarda işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
- Komanda ilə işləmə və ünsiyyət bacarıqları.
İş Şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Korporativ nömrə,telefon şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 1500 AZN (NET)+KPİ
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Aparıcı mühasib” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Qeyd: Şəkilsiz CV-lər nəzərə alınmayacaq.










