Amoris
Baş mühasib (Qusar)
Son tarix 01 sen 2025 - [email protected]
İşin təsviri:
- Kənd təsərrüfatı və istehsalat sahəsində bütün maliyyə-təsərrüfat əməliyyatlarının İFRS-in tələblərinə uyğun olaraq mühasibat yazılışlarını üçotda düzgün əks etdirilməsinin;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat balanslarında düzgün əks etdirilməsinə ciddi nəzarət edilməsi;
- Bioloji aktivlərin və digər sərvətlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında və düzgün əks etdirilməsinin təşkili;
- Dövriyyə qalıq cədvəlinin qalıqlarının yoxlanılması və tələb olunan halda düzəlişlərin verilməsi;
- Dövriyyə qalıq cədvəlinin qalıqları üzrə aylıq balans izahlarının hazırlanması (Balance Sheet Disclosures);
- Bütün xərclərin düzgün bölgüsünün təşkil edilməsi və nəzarət edilməsi;
- Çatışmazlıqların və itkilərin mühasibat üçotu qaydalarına əsasən mühasibat balanslarından düzgün silinməsinin təşkil edilməsi;
- Tələb olunan bütün mühasibat hesabatlarının İFRS-in tələblərinə uyğun olaraq hazırlanması və təqdim edilməsi;
- ŞRT mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılması;
Tələblər:
- Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil
- Maliyyə sahəsində 5 il iş təcrübəsi
- ERP proqramları ilə işləmə bacarığı (1C)
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
- Kənd təsərrüfatı və istehsal sahələrdə iş təcrübəsi üstünlükdür.
- PMS sertifikatın olması vacibdir.
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır)
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- İş yeri: Qusar, Ləgər Qışlaq kəndi
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mühasib (Qusar)
Son tarix 01 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
- Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması.
- Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini.
- Mal qəbulu-çıxışı, yerləşdirmə, transferi və s. uyğun olaraq Anbar rəhbəri tərəfindən verilən səlahiyyətlər daxilində calışmasını həyata keçirməli
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Şöbəyə daxil olunan sənədlərin arxivasiyası üçün tapşırılan işlərin görülməsi; Anbar rəhbəri tərəfindən tələb olunan lazımi hesabatları təqdim etməli;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;Alıcılarla və Satıcılarla üzləşmə aktlarının hazırlanması və təsdiq olunmasının izlənməsi;
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək.
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil
- Maliyyə sahəsində 2-3 il iş təcrübəsi
- 1C proqramı ilə işləmə bacarığı
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri)
- Kənd təsərrüfatı və istehsal sahələrdə iş təcrübəsi üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır)
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- İş yeri: Qusar, Ləgər Qışlaq kəndi
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.