Amoris
Maliyyə meneceri
Son tarix 13 fev 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Mühasibat uçotu siyasətləri və prosedurların (Accounting Policies&Procedures) hazırlanması;
 - Bizneslərin diaqnostika olunması və biznes proseslərinin hazırlanması;
 - Səlahiyyət matrisalarının hazırlanması;
 - Master dataların hazırlanması;
 - Mühasibat yazılışlarının nəzarət olunması;
 - Dövriyyə qalıq, PNL, Balance sheet, Cash Flow hesabatlarını GL (general ledger) üzərindən İFRS prinsip və tələblərini rəhbər tutaraq hazırlamaq bacarığı;
 - Accounts Receivable Aging və Accounts Payable Aging hesabatlarının hazırlanması;
 - Aylıq olaraq Conspack (Consolidation Package) hazırlanması;
 - Layihələrin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək məqsədi ilə Feasibility-lərin hazırlanması;
 - Büdcə, maliyyə planlamaları və forecastların hazırlanması;
 - Gündəlik, aylıq, rüblük və illik mangment hesabatlarının hazırlanması;
 - Maliyyə məlumatlarının toplanması və təhlil edilməsi;
 - Şirkətin ERP-sinin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;
 
Tələblər
- Təhsil: Ali təhsil (Maliyyə, İtqisadiyyat, Mühasibat uçotu və audit sahəsindən məzun olmalıdır)
 - İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (xüsusilə istehsalat müəssisəsində)
 - Seritikat: ACCA (F7) mütləqdir
 - Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı),
 - Digər səriştələr: Mühasibat və ERP proqramları üzrə təcrübəyə malik olmalı. Excel, Word, Outlook (çox yaxşı) və MS Power BI bilməsi arzuolunandır.
 
İş şəraiti
- 6 günlük iş qrafiki
 - Qidalanma şirkət tərəfindən qarşılanır
 - Zərurət olduqda şimal regionda yerləşən layihələrə ezamiyyət
 - Əmək haqqı razılaşma yolu ilə
 
İcraçı Direktor (Qusar rayonu üzrə)
Son tarix 13 fev 2025 [email protected]
Vəzifə öhdəlikləri
- Loqistika Mərkəzinin fəaliyyətinin təşkilini həyata keçirilməsi: məhsulların yerləşdirilməsinin planlaşdırılması, saxlama proseslərinin koordinasiyası və optimallaşdırılması;
 - Loqistika Mərkəzinin proseslərinin (maddi-texniki ehtiyatların və məhsulların anbarlara qəbulu, yükləmə-boşaltma işlərinin aparılması, ehtiyatların və məhsulların qəbulu və anbarlara verilməsi, onların anbarlarda saxlanması üçün zəruri rejim və şəraitin təmin edilməsi) təşkili və idarə olunması;
 - Likvid olmayan aktivləri minimum səviyyəyə çatdırılması və bu istiqamətdə tədbirlərin işlənib hazırlanması;
 - Məhsulların saxlanması ilə əlaqədar tələb olunan rejimlərə və saxlama şərtlərinə nəzarət edilməsi;
 - Loqistika Mərkəzinin büdcəsinin hazırlanması və onun icrasının təmin olunması;
 - İşçi heyətinin idarə olunması, vəzifə və məsuliyyət bölgüsü matrisalarının hazırlanması və iş bölgülərinin aparılması;
 - İşçi heyətinin qiymətləndirilməsinin aparılması;
 - Mal material ehtiyatların saxlanması ilə əlaqədar xərcləri (enerji təchizatı, təmir, inventor, itqilər vəs.) optimallaşdıraraq nəzarət edilməsi;
 
Tələblər
- Ali təhsil
 - Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
 - Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
 - Anbar hesabatları ilə işləməyi bilməlidir
 - 1C proqramında sərbəst işləmək bacarığı
 - Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir
 - Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
 - Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
 - İdarəetmə bacarığı
 
İş şəraiti
- Əmək məcəlləsinə uyğun sənədləşmə
 - İş qrafiki: 6 günlük iş rejimi
 - Nahar şirkət tərəfindən təmin olunur
 - İş yeri Qusar, Ləgər Qışlaq
 - Əmək haqqı razılaşma yolu ilə
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







