Amina and S Group
Tender üzrə mütəxəssis
Son tarix 02 yan 2026 - [email protected]
Vəzifə və öhdəliklər:
- Tender elanlarının gündəlik monitorinqi (dövlət və özəl platformalar).
- Tender şərtlərinin və müqavilə layihələrinin detallı təhlili.
- Texniki təklifin hazırlanması və uyğunlaşdırılması.
- Şirkətin müxtəlif şöbələrindən tələb olunan məlumatların toplanması və koordinasiyası.
- Tender sənədlərinin (EOI, RFI, RFQ, RFP) şirkət standartlarına uyğun tərtibi.
- Sifarişçi ilə yazışmaların aparılması, izah və sorğuların cavablandırılması.
- Tender proseslərinin (göndərilmə, qəbul təsdiqi, qeydlər) sənədləşdirilməsi.
- Qazanılmış tenderlər üzrə müqavilə bağlanması prosesinə dəstək.
- Tender arxivinin və məlumat bazasının yenilənməsi.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, mühəndislik, menecment və ya əlaqəli sahələr üstünlükdür).
- Tender sənədləri, satınalma prosedurları, kommersiya hüququ barədə biliklər.
- Tikinti, sənaye və ya mühəndislik sahəsində təcrübə üstünlükdür.
- MS Office (xüsusilə Excel) üzrə yüksək səviyyə.
- Texniki sənədləşmə və rəsmi yazışma bacarığı.
- Azərbaycan dilində səlis, ingilis və rus dillərindən ən azı biri üzrə iş bilikləri.
- Diqqətlilik, analitik düşüncə və vaxt idarəetməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Həftədə 2 gün istirahət.
- Zəruri hallarda qısa müddətli səfərlər mümkündür.
- Stressli və vaxt məhdudiyyətli proseslərdə işləmək bacarığı tələb olunur.
Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.











