Almond Park
Təchizat üzrə şöbə rəhbəri
Son tarix 20 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- Şirkətə və şirkətin layihələrinə lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
- Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə- fakturanın göndərilməsini tələb edir;
- Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
- Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
- Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
- İllik satınalma planının hazırlanması;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
- Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
- Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumat;
- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Ali təhsil;
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
Əlavə məlumat:
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Ünvan: Xətayi rayonu , Xətai Plaza
- Əlaqə nömrəsi: 050 234 70 20 (Yalnız Whatsapp)
Əmək haqqı : 2000-3000 azn
Namizədlərdən şəkilli CV-lərini “Təchizat üzrə şöbə rəhbəri” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.