Alfa-R Engineering MMC
Baş mühasib
Son tarix 27 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara uyğun uçotun təşkil edilməsi;
- Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsi;
- Mühasibat-maliyyə hesabatlarının müəyyən olunmuş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması;
- Hesab-faktura və elektron qaimələrin tərtib edilməsi;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqları, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Qeyd:
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsində Consulting şirkəti tərəfindən dəstək göstərilir.
Namizədə tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
- Minimum 5 il baş mühasib kimi iş təcrübəsi olan yalnız Bəy namizədlər;
- Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə dərin biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C 8.3 proqramında sərbəst işləmə təcrübəsi;
- E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
- Vergi qanunvericiliyini mükəmməl bilməli;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
İş şərtləri:
- Həftədə 6 iş günü, 6-cı gün qısaldılmış iş günü;
- Əmək haqqı: 2000-2500 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Yaş 35-45;
Qeyd olunan tələblərə uyğun Bəy namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 50 255 51 52











