ALCO MMC
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Son tarix 12 yan 2026 [email protected]
İş şəraiti:
- Əmək haqqı: 1450 Azn
- İş yeri: İçərişəhər, Vəli Məmədov, ev 3
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin təşkili və icrası
- Gömrük bəyannamələrinin (IDX/IXR) hazırlanması və təqdim edilməsi
- Gömrük sənədlərinin (invoys, packing list, CMR, BL və s.) düzgünlüyünə nəzarət
- Gömrük orqanları, brokerlər və logistika şirkətləri ilə əlaqələrin qurulması
- Gömrük rüsumları, vergilər və digər ödənişlərin hesablanması
- Gömrük qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və tətbiqi
- Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika, beynəlxalq ticarət və ya əlaqəli sahə üzrə)
- Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 1–3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər
- e-Gömrük, Azterminal, ASAN İmza ilə işləmə bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dili – sərbəst
- Rus və ingilis dili biliyi
- Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Tələblərə cavab verməyən şəxslərin müraciət etməməsi tələb olunur.
Satış və Marketinq üzrə Mütəxəssis
Son tarix 12 yan 2026 [email protected]
İş şəraiti:
- Əmək haqqı: 1450 Azn-dən başlayan əmək haqqı
- İş yeri: İçərişəhər, Vəli Məmədov, ev 3
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətlərinin satışını həyata keçirmək, satış planlarını icra etmək
- Yeni müştərilərlə əlaqələrin qurulması və mövcud müştəri bazasının genişləndirilməsi
- Bazar, rəqib və müştəri təhlillərinin aparılması
- Marketinq strategiyalarının hazırlanmasında iştirak
- Sosial media və reklam kampaniyaları üçün kontent və ideyaların hazırlanması
- Müştəri sorğularının cavablandırılması və yüksək səviyyəli xidmətin təmin edilməsi
- Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznes, İqtisadiyyat sahəsi üstünlükdür)
- Rus və İngilis dillərini yüksək səviyyədə bilmək – mütləqdir
- Satış və ya marketinq sahəsində minimum 1–3 il təcrübə
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
- Analitik düşüncə və nəticəyönümlülük
- Komanda ilə işləmə bacarığı
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Aktiv, məsuliyyətli və işgüzar münasibətə sahib olmaq
Şirkət tərəfindən təklif olunur:
- Rəsmi əmək müqaviləsi
- Sabit əmək haqqı + bonus sistemi
- Peşəkar inkişaf və təlim imkanları
- Rahat iş mühiti və yüksəlmə perspektivi
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Satış və Marketinq üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Tələblərə cavab verməyən şəxslərin müraciət etməməsi tələb olunur.











