ALCO MMC
Mühasib
Son tarix 09 fev 2026 - [email protected]
Fəaliyyət sahəsi: İstehsal
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 3
- İş qrafiki: Tam ştat, 5 günlük iş rejimi (09:00 – 18:00)
- Əmək haqqı: 1550 AZN (arta bilər)
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və aparılması
- Gündəlik maliyyə əməliyyatlarının (gəlir, xərc, bank, kassa) uçotu
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və müqavilələrin uçotu
- Bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması
- DSMF, işsizlik sığortası və icbari tibbi sığorta üzrə hesabatların hazırlanması
- Vergi hesabatlarının (ƏDV, gəlir, mənfəət və s.) hazırlanması və təqdim edilməsi
- Statistika və digər dövlət qurumlarına hesabatların verilməsi
- Debitor və kreditor borclarının uçotu və təhlili
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması
- Mühasibat arxivinin sistemli şəkildə aparılması
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal və ya ticarət sahəsi üstünlükdür)
- Bakı şəhərində, İçərişəhərə yaxın ərazidə yaşamaq
- Vergi Məcəlləsi və əmək qanunvericiliyini bilmək
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
- MS Excel proqramında yüksək səviyyədə işləmək
- e-gov, e-taxes, e-qaimə sistemləri ilə iş təcrübəsi
- Analitik düşünmə, dəqiqlik və məsuliyyət
- Konfidensiallıq qaydalarına riayət
- Azərbaycan dili – sərbəst
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür
Üstünlük hesab olunan bacarıqlar:
- İstehsal maya dəyərinin hesablanması təcrübəsi
- İdxal–ixrac və beynəlxalq əməliyyatlar üzrə bilik
- Audit təcrübəsi və ya audit şirkətləri ilə iş
- ACCA, CAP/CIPA sertifikatlarının olması
Şirkət tərəfindən təklif olunur:
- Rəsmi əmək müqaviləsi
- Stabil və uzunmüddətli iş imkanı
- Peşəkar və dinamik kollektiv
- Karyera inkişafı və təlim imkanları
- Vaxtında əmək haqqı ödənişi
- Bonus və motivasiya sistemi (nəticələrə əsasən)
Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Mühasib vakansiyası” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Tələblərə cavab verməyən namizədlərin müraciət etməmələri rica olunur.










