Air Group
Marketinq departamentinin müdiri
Son tarix 26 noy 2024 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi: 30-40;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
- Marketinq sahəsində min. 5 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür
İş barədə məlumat:
- Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməli;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməli;
- Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməli;
- Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalı;
- Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməli;
- Marketinq planı və büdcəsini hazırlamalı;
- Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilinin aparmalıdır;
- Müştəri bazasını genişləndirməli;
- Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməli;
- Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanmalı;
- Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət etməli.
Əlavə məlumatlar:
- Əmək haqqı: 2000 AZN (gross);
- İş qrafiki: 5 gün, 09:00 – 18:00;
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Tələblərə uyğun namizədlərdən şəkilli CV-lərini və və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq departamentinin müdiri” sözlərini qeyd edərək e-ünvanına göndərmələri xahiş olunur.